Göygöldə internet infrastrukturunun qurulması başa çatıb

03-12-2015 / 15:42

Məlumat verdiyimiz kimi, Göygöl rayonunda rayon mərkəzindən uzaq olan ərazilərdə internet infrastrukturunun qurulması üçün bir sıra işlər həyata keçirilirdi.

Göygöl rayon Telekommunikasiya Qovşağından Xeberler.az-a bildirilib ki, hazırda bu istiqamətdə  bütün işlər yekunlaşıb.

Məlumatda qeyd edilib ki,  Yuxarı Aşıqlıdan Köşkü kəndinə  rabitə xətti  aparmaq üçün ( 3 kilometrlik məsafə)  ayrıca 96 nömrəli ATS  quraşdırılıb. Yuxarı Aşıqlıdan Köşküyə birbaşa optik xətt çəkilib və ATS-dən evlərə internet və telefon xətlərinin çəkilişi başa çatıb.

Telekommunikasiya Qovşağınından bildirilib ki, Yeni Qırıxlı kəndində də 256 nömrəli ATS quraşdırılıb. Qırıxlı kəndindəki  yeni  yaşayış məskənlərindəki evlər də  internetlə təmin edilib.

Məlum olduğu kimi, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi( RYTN) tərəfindən “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı"na  başlayıb. Beləliklə, bu ay  ərzində sahə üzrə müvafiq öhdəliklərin icrasına nəzarət artırılıb.

Göygöldə də  bu müddət ərzində prioritet seçilən məsələlər üzrə vətəndaş qəbulunun müəyyən edilmiş vaxtlarda və lazımi səviyyədə aparılması, həmçinin, müraciətlər üzrə operativ tədbirlərin görülməsi, xidmətin keyfiyyət səviyyəsi üzrə onlayn sorğuların keçirilməsi və əldə olunan nəticələr üzrə tədbirlərə başlanıb.

Göygöl rayon Telekommunikasiya Qovşağınından məlumat verilib ki, hazırda "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində baş tutan güzəştli kampaniyalarla bağlı rayonda elanlar verilib.  Vətəndaşlar bu kampaniyalardan  aktiv faydalanır.

Qeyd edək ki, hazırda Göygöl və ətraf kəndlərə qar yağır.

Qovşaqdan qar yağmasına baxamayaraq, rayon və kəndlərdə rabitə ilə bağlı hər  hansı problemin olmadığı bildirilib. 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.