I sinfə elektron qəbul ilə bağlı təlim keçirilib

20-02-2018 / 10:59

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair təlim keçirilib.

Bu barədə Xeberler.az-a BŞTİ-dən məlumat verilib.

Təlimdə Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi və Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşları və həmin regionlarda fəaliyyət göstərəcək Alternativ Qeydiyyat Mərkəzlərinə təhkim olunmuş məsul şəxslər iştirak ediblər.

Təlim zamanı BŞTİ-nin İnformasiya təminatı sektorunun nümayəndələri tərəfindən I sinfə şagird qəbulunun mektebeqebul.edu.az elektron sistem vasitəsilə həyata keçirilməsi qaydaları ətraflı şəkildə izah edilib. Eyni zamanda, qeydiyyatdan keçə bilməyən valideynlərin müraciətlərinin cavablandırılması və uşaqların yaş kateqoriyası nəzərə alınmaqla, vətəndaşların yönləndirilməsi məsələləri barədə geniş məlumatlar verilib.

Həmçinin, təlim iştirakçılarına onlayn qeydiyyatdan keçirilə bilməyən sənədlər vasitəsilə elektron qeydiyyatın aparılması prosesi də aydın şəkildə göstərilib.

Sonda təlim iştirakçılarını maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xeberler.az

            


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə