Kaymu.az fəaliyyətini dayandırıbmı?- Açıqlama

29-07-2015 / 15:46

Bu gün Kaymu.az onlayn alış-veriş saytının fəaliyyətini dayandırması ilə bağlı sosial mediada məlumatlar yer alıb. Məlumatda bildirilir ki, Kaymu.az saytına giriş məhdudlaşdırılıb və saytda yerləşdirilən ən son informasiya ötən gün axşam saatlarına məxsusdur.

Məsələyə aydınlıq gətirmək üçün elektron ticarət üzrə mütəxəssis Nicat Manafovla əlaqə saxladıq.

Nicat Manafov Xəbərlər.az-a açıqlamasında bildirib ki, Kaymu.az-ın fəaliyyətini dayandırması ilə bağlı yayılan informasiyaların heç bir əsası yoxdur. Hazırda sayt tam şəkildə fəaliyyət göstərir:

"Kaymu.az bir neçə ölkədə fəaliyyət göstərdiyi üçün hansı ölkənin İP ünvanı ilə daxil olursunuzsa o ölkənin saytına yönləndirilir. Bəzən Azərbaycandan da bəzi İP ünvanlar xarici İP ünvan olaraq göründüyündən Kaymu.az-a da yönləndirilə bilir. Saytın xaricdən daxil olan istifadəçisi Kaymu.az-a daxil olduqda Kaymy.pk ünvanına yönləndirilib və bu da sayt istifadəçilərində saytın faəliyyətini dayandırması kimi fikirlər yaradıb. Saytın bağlanması ilə yayılan informasiyalar həqiqəti əks etdirmir".

Qeyd edək ki, Kaymu.az dünya bankının qrantları ilə layihələşən proyektdir. Kaymu.az Azərbaycanda göndərilmə və evə çatdırılma xidmətlərini təklif edən onlayn alış-veriş səhifəsidir. Saytda  dəb, ayaqqabı, geyim, zərgərlik məmulatları, elektron avadanlıqlar, kompüterlər, mobil telefonlar, kitablar, hədiyyələr, oyuncaqlar və digər məhsullar və aksessuarların yüzlərlə bölmələr yer alıb.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.