Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir.
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.
Qeyd edək ki, Xeberler.az ötən icmalı iyunun 27-də təqdim etmişdi.
Ötən həftənin ölkədə ən yadda qalan xəbərlərindən biri Azərbaycana gətirilən bəzi elektron cihazların gömrük rüsumunun ləğv edilməsi ilə bağlıdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə sosial şəbəkələrdə böyük səs-küyə səbəb olan məqamlardan biri də Kaymu.az-ın fəaliyyətini dayandırması ilə bağlı fikirlər oldu.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ölkəmizin startap sahəsində daha bir beynəlxalq uğuru “Microsoft Imagine Cup 2015” də ikinci yerə çıxması xəbəri oldu.
Xəbər verdiyimiz kimi, iyul ayının 27-31-də Sietlda (ABŞ) “Microsoft Imagine Cup 2015” innovasiya müsabiqəsinin finalı keçirilib. Final mərhələdə Azərbaycanı “NoObs” komandası təmsil edib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Növbəti Beynəlxalq İnformatika Olimpiadasının Bakıda keçirilməsi İnformatika fənninin ləğvindən sonra xeyli diqqət cəlb etdi.
Ötən həftə Azərbaycanlı məktəblilərdən ibarət milli IOI komandası 27-cı Beynəlxalq İnformatika Olimpiadasında iştirak ediblər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə sosial media və KİV-də maraq doğuran xəbərlərdən biri də İnternetdə dərmanların qiyməti müzakirə olunmasıdır.
Azərbaycan Tarif Şurasının satışa çıxarılan dərmanların qiyməti ilə bağlı verdiyi son qərarı ilə əlaqədar olaraq ictimaiyyətin İnternet üzərindən müzakirəsini təşkil edib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Regionlarla bağlı önəmli hadisələrdən biri də: Gəncədə telekommunikasiya infrastrukturunun yenilənməsi ilə bağlıdır.
Yeni layihədə hər bir abunəçinin evinə qədər ATS-dən optik kabellərin çəkilişi nəzərdə tutulub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
İKT-nin inkişaf etdirilməsi sahəsində atılan addımlardan biri də startapçıların kredit alması ilə bağlı sevindirici xəbər oldu.
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap-layihələrin inkişafına kreditlərin alınması üçün müraciət formasını avtomatlaşdıracaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Məktəblərə elektron qəbulla bağlı ötən yazılarda xəbər verdiyimiz kimi xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə aparılan müsahibələr davam edir.
Ötən həftənin məlumatına əsasən I sinfə qəbulda 900 uşaq müsahibədən keçib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə TQDK sədri videokonfrans keçirib.
Videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şamaxı, Şəki və Şərur şəhərlərində yaşayan abituriyentlər onlayn rejimdə iştirak ediblər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bütün dünyanın səbirsizliklə gözlədiyi Windows 10 əməliyyat sistemi ötən həftə istifadəyə verildi.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri