Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti ABŞ Prezidenti Donald Trampın “Qızıl qübbə” layihəsi çərçivəsində raket və təyyarələri izləyə bilən peyklərin hazırlanması üçün 2 milyard dollar alacaq.
Xeberler.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Məlumata görə, ABŞ Müdafiə Nazirliyi hələ ki “Qızıl qübbə” layihəsi ilə bağlı heç bir müqavilə imzalamasa da, onun maliyyələşdirilməsi Donald Trampın iyul ayında imzaladığı vergi və xərclər haqqında qanun layihəsinə daxil edilib. Qəzetin həmsöhbətləri layihəyə 600-dək peykin cəlb oluna biləcəyini deyiblər.
Bu arada həm “SpaceX”, həm də Pentaqon şirkətin layihədə iştirakı ilə bağlı şərh verməkdən imtina edib.
Xatırladaq ki, yanvarın 28-də Donald Tramp “Qızıl qübbə” layihəsi ilə bağlı Sərəncam imzalayıb. “Financial Times” nəşrinin məlumatına əsasən, layihə nüvə silahlarını məhv etmək üçün kosmosda lazerlərlə təchiz olunmuş peyklərin yerləşdirilməsini nəzərdə tutur. Mütəxəssislərin fikrincə, “Qızıl qübbə” əsasən hipersəs raketləri ilə bağlı təhlükəni aradan qaldırmalıdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları