Mərkəzi Bank proqramçı axtarır

16-09-2015 / 09:48

Azərbaycan Respublikası Mərkəzi Bankı, Mühəndis-proqramçı üzrə vakansiya elan edir. 

Xeberler.az-a bankın mətbuat xidmətindən verilən məlumata görə, test imtahanı aşağıdakı mövzulardan ibarət olacaq:

  1. Proqramlaşdırma
  2. Riyaziyyat
  3. İngilis dili
  4. AİS-lərin qurulması üzrə layihələndirmənin təşkili
  5. Servis proqram təminatları
  6. Texniki təminat
  7. Ümumi kompüter bilikləri
  8. Əməliyyat sistemləri
  9. Məntiq
  10. İnformasiya təhlükəsizliyi

Namizədlərdən C#, ASP NET, ASP NET MVC, Oracle APEX, Oracle SQL, PL/SQL üzrə biliklər, müasir proqram və texniki platformalar üzrə nəzəri , ofis proqram təminatları və əməliyyat sistemləri , proqramlaşdırılacaq məsələlər üzrə texniki tapşırıqların hazırlanması və alqoritmlərin tərtib edilməsi üzrə biliklər tələb olunur. Müraciət edən namizədlər proqramalaşdırma sahəsi üzrə 2 il iş təcrübəsinə malik olmalıdır.

Vakansiya üçün son müraciət tarixi 10 oktyabrdır.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.