Proqramçı və İT mütəxəssislər üçün iş yerləri

13-12-2015 / 09:45

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Bank BTB məlumat təhlükəsizliyi şöbəsinə baş mütəxəssis vakansiyasını elan edir. Namizəddən ali təhsil, 5 illik iş təcrübəsi, Azərbaycan, rus və ingilis dil bilikləri tələb olunur.

Namizəd həmçinin, MS Windows9x/200/XP/Server 2003/2008/12 Active Directory, DHCP, DNS, Terminal Server, Exchange Server 2000/2003, ISA Server2006/TMG ,SUS, WSUS, IIS, FTP, IAS, Proxy. WAN, LAN, VLAN, NAT, Firewall, VOIP, ISDN, ACL, AAA, IPSEC, VPN, X25, IP, Frame Relay, ISO 27001, 27003 kompüter proqramları və texnologiyaları bilməlidir.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

Bakı Olimpiya Stadionu Sosial Media Mütəxəssisi vakansiyasını elan edir.
Namizəd Azərbaycan, ingilis və rus dillərində danışmaq və yazmaq, Photoshopda işləmək bacarığına sahib olmalıdır. Namizəddən gündəlik olaraq Facebook, Instagram və Twitter hesablarını idarə etmək tələb olunur. 
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

VITTA Scientific Technical Company 19 - 30 yaşlarında, iş təcrübəsi 1 ildən 3 ilə qədər olan mobil tətbiq hazırlayan (develover) axtarır. Namizəddən Android, (iOS) platformaları üçün Mobile Security tətbiqlərin yazılması tələb olunur. Əmək haqqı 600 AZN

Telefon: (012) 530-81-96
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

CyberNet ali texniki təhsilli, eyni vəzifədə ən azı 2 il iş təcrübəsi, alqoritmləşdirmə bacarığı, proqramlaşdırma dilləri: Java, PL/SQL, Verilənlər Bazasının İdarəet mə Sistemləri(VBİS): Oracle və ya MySQL, texnologiyalar: Java SE/EE, JAX-WS, JAX-RS, Hibernate bilən proqram yaradan Software developer axtarılır.
Namizəddən proqram təminatının (WEB application, RESTFull (JAX-RS) web services) hazırlanması və düzəlişlərin edilməsi, proqram təminatında yaranan xətaların aradan qaldırılması tələb olunur.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Software developer” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

Celso şirkəti 24-35 yaşlarında, ali təhsilli, rus və Azərbaycan dillərində danışa bilən, korporativ satış meneceri kimi şirkətlərdə təcrübə, kompüter bacarıqları olan İT menecer axtarır. Əmək haqqı:  600 AZN

Telefon: (994 12) 596-33-21; 596-11-58
Mobil: (994 55) 353-52-88
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

22-35 yaşlarında, ali təhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan şəxslər veb proqramçı kimi işə dəvət olunur. Namizəd PHP, MYSQL dillərini yüksək səviyyədə bilmək, Javascript, Html, Css, Jquery, OOP yaxşı bilmək tələb olunur. Namizəd ingilis və rus dillərini yaxşı başa düşməlidir.

Telefon: (055) 633-22-67, (012) 567-86-25
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Access Bank ali təhsilli (kompüter texnologiyaları sahəsində), ən azı 3 il müddətində məlumatlar bazası ilə iş təcrübəsi olan (MSSQL SERVER), Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini texniki sənədlərin oxunması səviyyəsində bilən SQL  proqramçı vakansiyası üzrə işçi axtarır.
Namizəd MS SQL Server ilə iş, T-SQL sorğularının təkmilləşdirilməsi və optimallaşdırılması, idarəetmə və analitik hesabatların işlənib hazırlanması, SSRS, SQL, Excel, Access əsasında hesabatların hazırlanması, dərin T-SQL bilikləri, mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq bacarığı, MS SQL Reporting Services və MS Excel biliyi, texniki sənədlər tərtib etmək təcrübəsi, maliyyə sahəsində iş təcrübəsi tələb olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə