Şirkətlər İT mütəxəssis axtarır

11-10-2015 / 17:10

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Crucel şirkəti 25-45 yaşlarında, kompüter elmləri, mühəndislik üzrə bakalavr dərəcəsi, 5 ildən artıq iş təcrübəsi olan şəxsləri solution architect kimi işə dəvət edir. Namizəddən C #, NET, SQL Server, IIS, Workflow, Team Server o cümlədən, web texnologiyalar üzrə biliklər, verilənlər bazası və məlumatların idarə edilməsi üzrə biliklər tələb olunur. Əmək haqqı 2000-3000 AZN-dir. Əlaqədar şəxs Qalina Şavayeva
Telefon: (012) 596-40-32
E-mail: [email protected] 
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

ATL İnfoTech şirkəti ali təhsilli, müvafiq sahədə ən azı 5 il iş təcrübəsi olan şəxsləri  Linux/UNIX administrator vəzifəsinə işə dəvət edir.
Şirkət UNİX və Linux əsasları mükəmməl bilən, Oracle Linux və Oracle RAC qurulumda olan Linux-un tam tələblərini bilən, Cisco, Dell və HP data mərkəzlərində praktikaya sahib olan və VmWare(Cluster) virtual mühitlə rahat işləyən, FC(FCoE) işçi disklərlə və Multipath-la işləyə bilən, LVM, VG biliklərə sahib olan şəxsləri işə dəvət edir.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- ni [email protected] ünvanına “Linux/UNIX administrator” başlığı altında göndərməyiniz xahiş olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Unikal Kursları ofis proqramlarını mükəmməl bilən kompüter müəllimi vakaniyasını elan edir. 
Telefon: (018) 644 49 01; (055) 204 82 40
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

DəmirBank ASC İT təhlükəsizlik üzrə təcrübəçiləri seçim prosesinə dəvət edir.
Namizəddən ali təhsilin olması, Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq, analitik təhlil qabiliyyəti tələb olunur.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 oktyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İT Təhlükəsizlik üzrə təcrübəçi şəklində göstərməyiniz xahiş olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

İTSERV şirkəti dizayn, idarəetmə və İT infrastruktur, video müşahidə sistemlərinin quraşdırılmasını bacaran İT mütəxəssisləri işə dəvət edir. Namizəddən Windows sistemləri və proqramları mükəmməl bilməli, AD, DNS, DHCP haqqında əsas biliklər, Ethernet şəbəkələri üzrə əsas biliklər, protokolların konsepsiyası,  Mail, firewall-, proxy-, backup, antivirus- server bilikləri tələb olunur. Namizəddən Azərbaycan, rus dillərini mükəmməl səviyyədə, ingilis dilini texniki səviyyədə bilmək tələb olunur.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]  elektron ünvanına göndərə bilərlər. 
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Parabank ASC informasiya sistemləri şöbəsinə baş mütəxəssis vakansiyasını elan edir. Namizəddən mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması, Excel proqramının bütün dərinliklərini bilməli, Maliyyə sahəsində minimum iki il iş təcrübəsinə malik olması, müvafiq proqram təminatları və riyazi təfəkkür qabiliyyəti tələb olunur.
CV-ləri İİS baş mütəxəssis mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Sinteks şirkəti  İT sistem və avadanlıqların təhlükəsizliyi sahəsində ən az 1 il iş təcrübəsi olan, Azərbaycan və rus dillərini bilən, təhlükəsizlik sistemləri üzrə mütəxəssis vakansiyasını elan edir. Namizəddən təhlükəsizlik sistemlərinin ( acces control, fingerprint, siqnalizasiya, oğurluq əleyhinə qarşı qurğular), təhlükəsizlik kameralarının (İp,analoq) quraşdırılması, DVR və NVR tipli qurğuların ayarlanması, Windows əməliyyat sistemləri üzərindən videoserver və storage serverlərin qurulması, videomüşahidə sistemlərində meydana çıxan nasazlıqların tez bir zamanda aradan qaldırılması, ofis və obyektlərdə istifadəçilərin kompüterlərinə videomüşahidə üçün xüsusi proqramların quraşdırılması, ofis və obyektlərdə yerləşən video- storage serverlərin  təmiri , windows əməliyyat sistemlərinin yazılması tələb olunur. Ali texniki təhsili olanlara üstünlük veriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini @sinteks.com elektron ünvanına göndərə bilərlər. 
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Xalq Bank şəbəkə inzibatçısı mütəxəssisi vakansiyasını elan edir. Ali texniki təhsili olan, tələb olunan sahə üzrə minimum 3 il iş təcrübəsi olan, LAN/WAN texnologiyaları üzrə mükəmməl bilik, Cisco (switch, router, firewall) avadanlıqları üzrə konfiqurasiya, sazlanması və quraşdırılması üzrə iş təcrübəsi olan namizədlər müraciət edə bilər. Əmək haqqı 1280 AZN 
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə