Proqramçı və veb-dizaynerlərə ehtiyac var

01-08-2015 / 16:01

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Lifestudio 18-28 yaşlarında, 1 ilə yaxın iş təcrübəsi olan şəxslər üçün veb-proqramçı vəzifəsinə vakansiya elan edir. Şirkət namizəddən HTML, Css, PHP bilikləri, Css frameworklər, OOP haqqında anlayış, Lokal portfulio varsa CV ilə birlikdə göndərilə bilər. Əmək haqqı 200-400 AZN-dir. 
Telefon: (012) 567-86-35
E-mail: [email protected]
Maraqlanan şəxslər CV-lərini [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

İnvestAz şirkəti Windows və MacOS əməliyyat sistemlərində iş təcrübəsi olan İT texnik vakansiyasını elan edir. Şirkət həmçinin, kompüter texnikası haqqında nəzəri və praktiki biliklər, şəbəkə avadanlıqları ilə işləmək və quraşdırılmaq bacarığı, müxtəlif proqram məhsullarının install edilməsi, şəbəkə təhlükəsizliyi (firewall, VPN, IPSec və s.) təcrübəsi kimi biliklər tələb edir.
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Dispoint Agency 25-28 yaşlarında, ali təhsilli, iş təcrübəsi 1 ilə yaxın olan şəxsləri kontent menecer vəzifəsinə işə dəvət edir. Şirkət bildirir ki, namizədlər rus və ingilis dillərində səlis danışıq qabiliyyətinə malik olmalı, namizəd sosial media sahəsində mütəxəssis  olmalı, bu sahədə azı 1 il fəaliyyət göstərməlidir. Əmək haqqı 300-500 AZN-dir. 
Telefon: (012) 409-08-49
E-mail: [email protected]
Maraqlanan şəxslər CV-lərini [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Nur Art şirkəti 25-35 yaşlarında, ali təhsilli, müvafiq sahə üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi olan qrafik dizayner axtarır. Namizəddən proqram bilikləri (HTML, CSS, Adobe Photoshop, Corel Draw, Java Script, İllustrator), azərbaycan və rus dilləri, texniki sənədlər üzrə işləmə bacarıqları tələb edilir. Əmək haqqı 400-600 AZN-dir. Əlaqədar şəxs İrina xanım
Telefon: (012) 598-54-57
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

İzloyalty şirkəti 20-40 yaşlarında, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan şəxsləri proqramçı vəzifəsinə işə dəvət edir. Şirkət namizəddən Java EE, Java script, Java web service (client side), SQL bilikləri tələb edir. Əlaqədar şəxs Yaşar Kərimov 
Telefon: (050) 217-50-20, (012) 493-86-74
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Ultel-Ulduz Telekom 25-50 yaşlarında, ali təhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan proqramçı-mühəndis vakansiyasını elan edir. ASP.NET (C#) proqramlaşdırma dilini bilməli, verilənlər bazası(PL/Pgsql) ilə işləmə bacarığı olmalıdır. Əlaqədar şəxs Pərvanə xanım
Telefon: (012) 490-20-20
E-mail: [email protected]
Vakansiya ilə maraqlanan səxslərdən CV-lərini movzu yerinə “Proqramçı-mühəndis” yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Həmidov studio 20-40 yaşlarında, natamam ali təhsilli, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan şəxsləri Java proqramçı vəzifəsinə işə dəvət edir. Namizədlər Java SE/EE, Oracle + PL/SQL, ORM biliklərindən anlayışlı olmalıdırlar. Əmək haqqı 1000-1500 AZN-dir.
Telefon: (012) 310-11-61
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə