İT mütəxəssislər, sizi axtarırlar!

10-03-2015 / 14:55

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində  bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

"MilliKart" MMC  21 – 45 yaşlarında, ali texniki təhsilli, 1-3 il müddətində müvafiq sahə  üzrə iş təcrübəsi olan, Java və PL/SQL, SOAP Web Services bilən,  rus, ingilis (orta) dil biliyi  olan proqramçı axtarır. Maaş 1000-1200 AZN-dir.

Telefon: (012) 431-22-20, dax. 121
E-mail:  [email protected]
Namizədlər CV-ni [email protected] ünvanına vakansiyanın adını (Proqramçı) qeyd edərək göndərə bilərlər. 

Flexi Kredi şirkəti  23 – 35 yaşlarında qadın, informatika və ya riyaziyyat sahəsində təhsilli, 1-3 il müddətində müvafiq sahə  üzrə iş təcrübəsi olan, Java (SE & EE), C++ və ya C# (Multy Threading, Multitier architecture) proqramlarını bilən proqramçı axtarır. Maaş 800-1000AZN-dir. Əlaqədar şəxs Ağayeva Məsmə

Telefon: (012) 488-80-31
E-mail: [email protected]

Prosys MMC 23– 45 yaşlarında, ali texniki təhsilli, 3-5  il müddətində müvafiq sahə  üzrə iş təcrübəsi olan, C#, ASP.NET-də iş təcrübəsi ,HTML, CSS və Javascript bilən, SQL dilini bilən, Oracle və MSSQL ilə işləyə bilən, Web  və web servis client yaza bilən, İngilis dilini texniki mətnləri oxuya biləcək səviyyədə bilən mühəndis proqramçı axtarır. Maaş 1000-1500 AZN –dir.

Telefon (012) 594-12-32
E-mail: [email protected]

Lider Advertising şirkəti 20 – 35 yaşlarında kişi, 1-3 il müddətində müvafiq sahə  üzrə iş təcrübəsi olan, PHP, HTML, CSS, MySQL SQL proqramlaşdırma dili üzrə biliyi olan veb proqramçı axtarır. Maaş 400-500 AZN-dir.

Telefon: (012) 437-50-60
E-mail: [email protected] 

"AzDesign" studiyası 20 – 30 yaşlarında , 1-3 il müddətində iş təcrübəsi olan, HTML5 , CSS3 Jscript , JQuery yüksək səviyyədə bilən veb proqramçı axtarır.  Maaş 300-400 AZN  Əlaqədar şəxs Musa

Telefon: (012) 480-21-34
E-mail: [email protected]

Modenis 25-35 yaşlarında kişi , ali təhsilli, 1-3 il müddətində müvafiq sahə  üzrə iş təcrübəsi olan, yüksək hardware və software bilikəri, Personal kompüterlərdə daxili avadanlıqlar arasında uyğunluğu təyin etmə bacarığı , Windows XP/7/8 əməliyyat sistemləri üzrə professional səviyyədə bilikləri olan texniki avadanlıq mütəxəssisi axtarır. Maaş 500-700 AZN-dir. Əlaqədar şəxs Günay Məmmədquliyeva

Telefon: (012) 404-48-80, dax. 134

E-mail: [email protected]

BAKU COMPANY 22 – 35 yaşlarında, 1 ildən aşağı  iş təcrübəsi ola bilər, natamam ali təhsilli, bu sahe uzre bacariqli, şəbəkələrin qurulması və  bunlara nəzarət edilməsi üzrə İT mütəxəssis axtarır. Maaş 400-500 AZN –dir.

Telefon: 0553026491, 0124403629
E-mail: [email protected]

Java və PL/SQL, SOAP Web Services  komputer biliyi olan, daxili proqramlaşdırma modullarının yazılması və veb xidmətlərin yaradılmasınd mütəxəssis olan, rus, ingilis (orta) bilən proqramçı axtarılır.
Namizədlər CV-ni [email protected] ünvanına vakansiyanın adını (Proqramçı) qeyd edərək göndərsinlər. 

Dəmir Bank ASC Daxili Audit Departamentinə Kompüter və informasiya sistemlərinin idarəedilməsi sahəsində ali təhsili olan,  İT sahəsində ən azı 2 il iş təcrübəsi olan, Microsoft Office, SQL, PL/SQL, Oracle Database bilən, bankın funksional İT struktur bölmələrinin hərtərəfli auditinin aparılması , bütün növ bank əməliyyatları üzrə İT etibarlığının yoxlanılmasının təşkili, elektron informasiya sistemləri və bank xidmətləri də daxil olmaqla, maliyyə və idarəedici informasiya sistemlərinin yoxlanılması və qiymətləndirilməsini təşkili  üzrə əməliyyatları yerinə yetirəcək IT auditor vəzifəsinə işəqəbul elan edir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini martın 12-dək  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (IT auditor) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə