İT sahəsində bacarıqlı mütəxəssis axtarırlar

27-06-2015 / 14:08

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində  bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir: 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində İnformasiya və kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun nəzarətçisi vəzifəsi üzrə müsabiqə elan edilir.
İnformasiya texnologiyaları, kompüter, riyaziyyat və ya əlaqədar sahədə ali təhsil, microsoft MCP/MCSE/MCSA/MCSD/Cisco CCNA və ya əlaqədar sahədə təlim sertifikatı/diplomları olan namizədlərə üstünlük veriləcək. Kompüter və şəbəkələrə texniki dəstək və xidmət göstərilməsi və ya oxşar sahədə ən azı 2-3 illik iş təcrübəsi, azərbaycan dilini mükəmməl bilmək kimi tələblərə cavab verməlidir.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) [email protected] elektron ünvanına təqdim etməlidirlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Prosys MMC 21-30 yaşlarında, ali təhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan şəxsləri helpdesk mütəxəssisi vəzifəsində işə dəvət edir. Şirkət namizədlərdən Windows əməliyyat sistemləri (Windows 8 və ondan əvvəlki versiyalar) barədə məlumatlı olmağı, Windows Server əməliyyat sistemlərində iş təcrübəsi, kompüter texnikası haqqında nəzəri və praktik biliklər tələb edir. Əmək haqqı 300-500 AZN-dir. Əlaqədar şəxs: Yazgül Məmmədova
Telefon: (012) 594-12-32
Faks: (012) 594-27-18
E-mail: [email protected]
Namizədlər CV-lərini  [email protected] ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Shakh wedding şirkətinə analitik vəzifəsinə vakansiya elan edilir. Şirkət namizədlərdən 22-28 yaş, orta təhsilli, rus dili,azərbaycan dili, ingilis dil bilikləri, kompüter bilikəri tələb olunur. Namziədin office programlarını mükəmməl bilməsi vacibdir. Əmək haqqı 300 AZN-dən başlayır. Əlaqədar şəxs Ülvi Əliyev
Telefon: 0507502606
Namizədlər CV-lərini elektron ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Finca Azerbaijan 25-35 yaşlarında, İnformasiya Texnologiyaları sahəsində ali təhsilli, 3 ilə yaxın iş təcrübəsi olan şəxsləri database reporting developer vəzifəsinə işə dəvət edir.
Şirkət namizədlərdən məlumat bazasının idarə olunması və proqramlaşdırılması üzrə şəhadətnamə, T-SQL,PL-SQL üzrə dərin bilik, mürəkkəb sorğular yazmaq və optimallaşdırmaq bacarığı, SQL Server və Oracle bazalarının proqramlaşdırması və idarə olunması üzrə dərin bilik, views, triggers, stored prosedurasının yaradılmasına dair praktik təcrübə, proqram yazmaq üzrə təcrübə, VB, VBA, Vb.net, C++,C#, Delphi proqramlaşdırma dillərindən heç olmasa birində praktiki təcrübə, hesabat sistemlərinə dair praktik təcrübə (Excel, Access, Crystal Report, Reporting Services), şəbəkə, Active Directory, TCP/IP üzrə ümumi biliklər, maliyyə, mühasibatlıq, bank əməliyyatları və mikromaliyyə üzrə ümumi biliklər, azərbaycan və rus dillərində sərbəst danışmaq və yazmaq, texniki ingilis dili biliyi tələb olunur. Əmək haqqı namizədin biliklərinə əsasən müəyyən ediləcək.
Namizədlər CV-lərini elektron ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sci-tech şirkəti ali təhsilli, iş təcrübəsi 1-3 il olan, Windows 7 əməliyyat sistemində işləmək bacarığı, microsoft 2010/2013 proqramında işləmək və idarəetmə bacarığı olan şəxsləri İT mütəxəssis vəzifəsinə işə dəvət edir.
Namizədin iş üçün əsas vəzifələri: Client əməliyyatlar sistemində gündəlik ortaya çıxan problemləri həll etmək, şəbəkə mühit və avadanlıqları ilə tanış olub quraşdırmaq, server əməliyyatlar sistemlərində lazım olan Role-ların yüklənilib quraşdırmaq bacarığı (AD DS, DNS, DHCP, File Server, IIS və.s), Ms Windows Server 2008, MS SQL Server 2008, TCP/IP sistemlərinin bilməsi, Unix\Linux bilikləri, şəbəkə serverlərini, o cümlədən fayl serverlərini və VPN bağlantılarını qorumaq, sistəmə müdaxiləni aşkarlamaqdır. Əlaqədar şəxs Həsən Həsənovdur.
Telefon: 070-240-45-37
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] (namizədin şəklinin olması mütləqdir) göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Digital Services Company veb developer axtarır. Şirkət qeyd edib ki, namizədlərdən 2 illik PHP, PERL təcrübəsi, MySQL, PostgreSQL, Oracle, MSSQL və SQL üzrə biliklər, azərbaycan, rus, ingilis dili tələb olunur.
Tələblərə cavab verən namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində texniki dəstək mütəxəssisi vəzifəsi üzrə müsabiqə elan edir.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
İnformasiya texnologiyaları, kompüter, riyaziyyat və ya əlaqədar sahədə ali təhsil, kompüterlərə texniki xidmət və ya oxşar sahələr üzrə ən azı 2 illik iş təcrübəsi, texniki problemlərin təhlili və həll olunması bacarıqları, microsoft MCP/MCSE/MCSA və əlaqədar sahədə təlim sertifikatları/diplomları olan namizədlərə üstünlük veriləcək, azərbaycan dilini mükəmməl bilməli və ingilis dilində ünsiyyət qurmaq bacarıqları.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) [email protected] elektron ünvanına təqdim etməlidirlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Prosys MMC 23-40 yaşlarında, ali təhsilli, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan şəxsləri şəbəkə və rabitə mütəxəssisi vəzifəsində işə dəvət edir. Şirkət namizəddən əməliyyat sistemləri haqqında biliklər, OSİ model (özəlliklə TCP/İP haqqında ətraflı biliklər), VoİP texnolgiyasında istifadə olunan protokollar (SİP, H323 və s.) haqqında biliklər, şəbəkə təhlükəsizliyi (firewall, VPN, IPSec və s.), wireless şəbəkəsi haqqında məlumatlı olmaq, şəbəkə və şəbəkə təhlükəsizliyi ilə iş təcrübəsi tələb olunur. Əmək haqqı 500-800 AZN-dir.
Əlaqədar şəxs: Yazgül Məmmədova
Telefon: (012) 594-12-32
Faks: (012) 594-27-18
E-mail[email protected]
Namizədlər CV-lərini  [email protected] ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə