Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün İT sahəsində olan vakansiya yerlərini təqdim edir:
Yapıkredi Bank İT mühəndisliyi, Sənaye mühəndisliyi, Kompüter mühəndisliyi, Elektrik mühəndisliyi və digər İT ilə əlaqəli məzunlarını işə dəvət edir. Namizədlər İT ödəmə sistemləri, kart və kredit proqram təminatı, ödəmə sistemləri,digital kanalların proqram təminatı (POS, ATM, İnternet Bankçılıq, Mobil Bankçılıq, Telefon Mərkəzi, IAS, DWH), C#, .Net, Java, Oracle PL/SQL, bu sahədə 5 il iş təcrübəsinə sahib olmalıdır. Həmçinin ingilis dilində texniki dil bilikləri, üçüncü tərəf proqram təminatı firmaların idarə edilməsi üzrə bacarıqlara malik olmalıdır.
Email: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Radi şirkəti yüksək səviyyəli kompüter bilikləri olan veb dizayner axtarır. Namizəddən Adobe PhotoShop, Adobе Illustrator kimi qrafik proqramlarda çalışma bacarığı olan, MS Office proqramlarında operativ çalışma, Adobe Flash, 3D Max və ya Cinema 4D, Adobе InDesign (arzuolunandır), Web design, brending üzrə biliklər, müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi tələb olunur.
Telefon: 0502520329
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Atəşgah sığorta 21-30 yaşlarında, müvafiq sahədə ali təhsil (İnformasiya texnologiyaları, kibernetika, kompüter mühəndisliyi və s.), kompüter və avadanlıqlarla (printer, skayner və s.) işləmə bacarığı, şəbəkənin və serverlərin əsaslarına dair minimal nəzəri və praktik bilikləri olan şəxsləri işə dəvət edir. Namizəddəm “Help desk” dəstəyin təmin olunması üzrə təlim və ya təcrübənin olması (üstünlük verilir), Azərbaycan dili və rus dili tələb olunur. Əmək haqqı 300 AZN
Əlaqələndirici şəxs: HR Departament (012) 940
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Human Capital Baku İT texnik vakansiyasını elan edir. Namizədlərdən ali texniki təhsilli, Azərbaycan və rus dili bilikləri, 1 ildən çox iş təcrübəsi, MS Outlook, Word, Excel-də işləmək bacarığı tələb olunur. Əmək haqqı 500-600 AZN
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
SOCAR Midstream Operations Limited ali texniki təhsilli, müvafiq sahə üzrə 5-7 il iş təcrübəsi olan İT mütəxəssis vakansiyasını elan edir. Namizəddən Azərbaycan dili , rus dili və ingilis dili bilikləri tələb olunur.
Email: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
GameRay şirkəti minimumk 1 il iş təcrübəsi olan, orta təhsilli şəxsləri proqramçı vəzifəsinə dəvət edir. Namizəddən texniki ingilis dil biliyi tələb olunur.
Telefon: 0556093932
Email: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Mərkəzi Bank mühəndis-proqramçı üzrə vakansiya elan edir. Namizədlərdən C#, ASP NET, ASP NET MVC, Oracle APEX, Oracle SQL, PL/SQL üzrə biliklər, müasir proqram və texniki platformalar üzrə nəzəri , ofis proqram təminatları və əməliyyat sistemləri , proqramlaşdırılacaq məsələlər üzrə texniki tapşırıqların hazırlanması və alqoritmlərin tərtib edilməsi üzrə biliklər tələb olunur. Müraciət edən namizədlər proqramalaşdırma sahəsi üzrə 2 il iş təcrübəsinə malik olmalıdır.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri