Ötən həftə İKT sahəsində diqqət cəlb edən hadisələr

31-08-2015 / 13:52

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Xeberler.az ötən icmalı avqustun 24-də təqdim etmişdi.

Bir neçə həftədir ölkədə maraq doğuran mövzulardan biri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin internet messencerlər (Viber, WhatsApp, Skype və başqaları) və sosial şəbəkələrin fəaliyyətini serifikatlaşdırması ilə bağlı xəbərlərdir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə  telefon nömrələrinin satış qaydalarının dəyişməsi məsələsi yenidən gündəmə gəlib.
Dəyişikliyə əsasən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərə operatorlarla bərabər, onların diler və distribüterləri də əməl etməlidir. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

İKT-nin inkişaf etdirilməsi sahəsində atılan addımlardan biri də “Elektron hökumət” portalına yeni xidmətlərin əlavə edilməsi ilə bağlıdır.
“Elektron məhkəmə", “Tələbə-məzun”və bir neçə xidmətin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na əlavə edilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

İKT sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də RYTN-in Mərkəzi Arxivinin yaradılmasıdır.
Arxiv Nazirliyin kargüzarlıq sahəsində başa çatdırılmış sənədlərinin (elektron sənədlərinin) dövlət nəzarətinə verilməsi, qeydiyyatı, saxlanılması, mühafizəsi və istifadə edilməsi məqsədilə yaradılır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

İKT sahəsində baş tutacaq beynəlxalq tədbirdə TASİM layihəsi müzakirə olunacaq.
Sentyabrın 1-2-də Koreyanın İnçheon (Cənubi Koreya) şəhərində baş tutacaq tədbirdə bir sıra aktual İKT məsələləri müzakirə ediləcək.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə sevindirici xəbəri isə Azercell-in 374 676 istifadəçisi olan  Facebook səhifəsini bərpa etməsi oldu.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sentyabrın 16-17-də Regional Treninq Mərkəzinin açılışı olacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.