Ötən həftənin İT gündəmi

27-07-2015 / 14:40

Xəbərlər İT GÜNDƏM rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Xeberler.az ötən icmalı iyunun 21-də təqdim etmişdi.

Ötən həftənin  diqqət çəkən xəbərlərindən biri Elektron kargüzarlıqla bağlı Prezident İlham Əliyevin Fərmanı olub.
Fərmanda  elektron formada olan sənədlərin kargüzarlıq  qaydaları təsdiqlənib. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Həftənin ən sevindirici xəbəri Aztelekom MMC-nin “Daşınan şəhər telefon xidmətini” rayonlara daşıması istiqamətində görülən işlər olub.
Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də 585 indeksi ilə eyni statusla işləyir və regionlardakı hər bir müştəri Bakı şəhər telefonlarından istifadə edə bilir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

İKT sahəsində baş tutacaq önəmli tədbirlərdən biri də Bakıda “COIA-2015” beynəlxalq konfransıdır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun (TRİ) təşkilatçılığı ilə avqustun 27-29-da Bakı şəhərində COIA-2015 – “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda keçiriləcək.
Konfrans haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə KİV-in diqqət mərkəzində olan məsələlərdən biri MTRŞ-in kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüşü olub.
Görüşdə kabel şəbəkəsi yayımı sahəsində olan mövcud vəziyyət  müzakirə olunub, yeni tikililərdə, hotellərdə qanunsuz kabel şəbəkəsi yayımına qarşı effektiv mübarizə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Elektron Hökumət quruculuğu sahəsində atılan ciddi addımlardan biri də  I sinfə qəbulun elektron formada həyata keçirilməsidir.
Ötən həftə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin, lisey və gimnaziyaların I siniflərinə elektron sistem vasitəsilə qey­diy­yatdan
keçənlərin sayı açıqlanıb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Gündəmdə olan məsələlərdən biri də elektron formada viza alınması zamanı yaranan problemlərlə bağlıdır. 
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezidentin çıxışından sonra  e-viza ilə bağlı proseslərin sürətləndirilməsi, bu sahənin daha çevik və effektiv qurulması ilə bağlı Elektron Hökumət portalının operatoru  - Məlumat Hesablama Mərkəzi Xeberler.az -ın suallarına münasibət bildirib:
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə İKT sahəsində olan maraqlı hadisələrdən biri də Xəzər Vençur Şirkəti investorların və İKT sahəsində çalışan sahibkarların Silikon Vadiyə səfəri ilə bağlıdır.
Turun əsas məqsədi  investisiyaların perspektivlərini və Silicon Valley təcrübəsini Azərbaycanda tətbiq etmək üçün bazarın əsas oyunçuları və ən öncül mütəxəssisləri ilə qarşılıqlı əlaqəni  təşkil etmək olub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə Milli mətbuat günü qeyd olundu.
KİV-lərin diqqət mərkəzində olan əsas məsələ İnternet mediaya dövlət tərəfindən dəstəyin verilməsi barədə açıqlama olub. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə