Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir.
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.
Qeyd edək ki, Xeberler.az ötən icmalı avqustun 31-də təqdim etmişdi.
Elektron hökumət quruculuğu istiqamətində daha bir rəsmi sənəd qəbul edilib.
Prezident dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Son günlərdə gündəmdə olan bir məqam isə dövlət qurumlarının vətəndaşla bağlı məlumatları vətəndaşdan yox aidiyyatı orqanlardan tələb etməsi məsələsidir.
Bu istiqamətdə gedən proseslər həmçinin, "Elektron hökumət" portalının mobil tətbiqinin tamamlanması istiqamətində gedən işlər davam edir və yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bir neçə həftədir ölkədə maraq doğuran mövzulardan biri də rəqəmsal yayıma keçidlə bağlıdır.
Analoq yayımın ölkədə dayandırılması və tamamilə rəqəmsal yayıma keçid məsələsinə isə cəmiyyətdə yanaşma birmənalı deyil.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftənin İKT sahəsində baş tutan tədbirlərdən biri də “Elektron Təhsil” müsabiqəsinin başlanmasıdır.
Ötən həftə VI "Elektron Təhsil" Respublika müsabiqəsinin Təşkilat Komitəsinin ilkin iclası keçirilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
İKT-nin inkişaf etdirilməsi sahəsində atılan addımlardan biri də Kənd Təsərrüfatı Nazirliyi vahid elektron xidmətlər sisteminin yaradılmasıdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftənin maraq doğuran xəbərlərindən biri də Azerspace-2-nin orbitə buraxılması tarixinin açıqlanmasıdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə bütün dünyada diqqət çəkən hadisələrdən biri də Google-un loqosunu dəyişməsi oldu.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftəsonu İnformatika.edu.az portalı istifadəyə verildi.
Təhsil müəssisələrinin istedadlı gəncləri arasında proqramlaşdırma üzrə onlayn olimpiadaların təşkili üçün nəzərdə tutulan informatika.edu.az internet-portalı istifadəyə verilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sentyabrın 15-dən Şəmkirdə distant təhsil mərkəzi istifadəyə veriləcək.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri