Ötən həftə İKT sahəsində nələr oldu?

12-10-2015 / 15:23

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Xeberler.az ötən icmalı oktyabrın 5-də təqdim etmişdi.

KİV-də və sosial şəbəkələrdə diqqət mərkəzində olan məqamlardan biri də ötən həftədən namizədliyi təsdiq edilmiş şəxslərin seçkilərlə bağlı təbliğat-təşviqat işlərinə başlamasıdır. İctimaiyyətin marağını nəzərə alaraq xeberler.az deputatlığa namizədlərin virtual səsverməsini reallaşdırdı və “İKT və Seçki” layihəsinə start verdi.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Seçkilərin yaxınlaşması ilə əlaqədar namizədlər sosial mediada aktivliklərini artırıblar.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən  həftə bir sıra kütləvi informasiya vasitələrində Apple şirkətinə məxsus məhsulların ölkəmizə gətirilməsinə qadağa qoyulması ilə bağlı xəbərlər sosial mediada xeyli səs-küyə səbəb oldu.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Beynəlxalq tədbirlərdən biri “IE Venture Day” startap müsabiqəsi Azərbaycanda keçiriləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə Yüksək Texnologiyalar Parkı və İE Biznes Məktəbinin birgə təşkilatçılığı ilə dekabrın 3-də baş tutacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə sosial mediada Bakcell-in Delta Telecom-un mobil bazara gəlişinə olan münasibəti böyük marağa səbəb oldu.
Delta Telecom şirkətinin mobil rabitə xidməti göstərəcəyi xəbərindən sonra mobil operatorlar bu məsələyə narahatlığını ifadə etdi.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək istiqamətində atılan addımlardan biri də Startap Azərbaycan-ın təşkilatçılığı ilə baş tutacaq Startap Günləri tədbiridir.
Startap Günləri çərçivəsində startapçılar layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Tədbir noyabrın 6-7-si arasında Bakıda keçiriləcək.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə hər ay keçirilən “Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirildi.
Brifinqdə jurnalistlərə ay ərzində görülən işlər, həyata keçirilən tədbirlər , sahə üzrə yeniliklər barədə məlumatlar verildi. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

“Elektron hökumət”in inkişafı istiqamətində atılan sevindirici addımlardan biri də  “Elektron hökumət” portalının yenilənməsi xəbəridir.  
Portal əvvəlkindən funksionallığı və vizuallığı ilə seçilir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə Baku Business Factory-nin təşkilatçılığı ilə biznes forum keçirildi.
Forumda dövlət və bir çox yerli aparıcı şirkətlərin nümayəndələri, biznesmenlər, akademik şəxslər və xarici mütəxəssislər iştirak edir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Elektron hökumət sahəsində atılan addımlardan biri də şagirdlər üçün “Elektron Təhsil” müsabiqəsinin başlamasıdır.
Müsabiqə noyabrın 5-nə kimi davam edəcək.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə Facebook istifadəçilərinin marağına səbəb olan xəbər Facebook Like düyməsinə emosiyaların əlavə olunmasıdır.
Yeni funksiyanın köməyi ilə bəyənmə düyməsinə klikləməklə gülən, ağlayan və qəzəbli kimi emosiyalardan birini seçə bilərsiniz.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə