Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir.
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.
Qeyd edək ki, Xeberler.az ötən icmalı oktyabrın 26-da təqdim etmişdi.
Azərbaycan prezidenti İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb.
Fərmana görə, 10 min dollar məbləğində malı gömrük rüsumsuz ölkəyə gətirmək mümkün olacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə baş verən bir sıra proseslər, xüsusilə də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 10-dək yüksək vəzifəli əməkdaşının 3 aylıq həbsi ölkə gündəminin əsas xəbəri olub.
MTN işçilərindən qanunsuz telefon dinləmələri və informasiyanın gizli yolla götürülməsi ilə bağlı şübhələr də var.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Prezident İlham Əliyev Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında fərman imzalayıb.
Bu Fərmanla bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edib.
Xeberler.az budəfəki qrant müsabiqəsinin qaydaları, müsabiqə ilə bağlı yeniliklərlə maraqlanıb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə Xeberler.az üçün yaddaqalan hadisə baş verdi. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclasında Xeberler.az İKT portalı Mətbuat Şurası üzvlüyünə qəbul edildi.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
KİV-də və sosial şəbəkələrdə diqqət mərkəzində olan məqamlardan biri d' Milli Məclisə keçirilən seçkilərlə bağlıdır.
Mərkəzi Seçki Komissiyasını ölkə ərazisindəki mövcud 124 seçki dairəsi ilə birləşdirən optik xətlər, eyni zamanda rabitə təhlükəsizliyinin təmin olunması məqsədilə ehtiyat optik xətt çəkilib, 1000 məntəqə videokameralarla təchiz edilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib.
İclasda 9 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzələr dinlənilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Mingəçevirdə vətəndaşları qəbul edib.
Nazir sakinlərin müraciəti əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, televiziya və radio yayımı xidmətlərinin keyfiyyəti, eləcə də işə qəbul, yeni elektron ATS-lərin çəkilişi, xidmət mədəniyyəti və digər məsələlərlə bağlı sualları cavablandırıb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ölkədə “Elektron hökumət” quruculuğu istiqamətində atılan addımlardan biri də Mədəniyyət və Turizm Nazirliyinin bütün xidmətlərini elektronlaşdırması ilə bağlıdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
2016-cı ildə keçiriləcək Beynəlxalq fənn olimpiadalarında Azərbaycanı təmsil edəcək şagirdləri müəyyənləşdirmək üçün Olimpiada ilə bağlı seçim turu keçirilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri