Ötən həftə İKT sahəsində diqqət cəlb edən hadisələr

01-06-2015 / 13:22

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfə biz rəsmi xəbərlərdə, sosial mediada, İT qruplarda və saytlarda ötən həftə ərzində İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.
Xeberler.az ötən icmalı may ayının 25-də təqdim etmişdi.

Ötən həftə ilk Avropa Oyunlarına hazırlıqla bağlı İKT sahəsindəki vəziyyət də diqqət mərkəzində olub.
Avropa Oyunlarının başlamasına az qalmış respublikamızda fəaliyyət göstərən mobil rabitə operatorlarının xidmət keyfiyyətinin monitorinqi aparılıb.
Monitorinq “Global Wireless Solutions”  şirkəti tərəfindən həyata keçirilib.
Bununla belə, “Azercell”, “Bakcell” və “Nar” mobil operatorlarının fəaliyyətində bir sıra çatışmazlıqların olduğu da müəyyənləşdirilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftənin İKT sahəsində rəsmi xəbərlərindən biri ölkə başçısının İKT sahəsində sazişi təsdiqləməsi oldu.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftənin rəsmi xəbərlərindən biri nazir Əli Abbasovun Dünya İqtisadi Forumunun sammitində iştirak etməsi oldu.
Görüş zamanı 2016-ci ilin yanvar ayında DİF-in Davosda baş tutacaq illik toplantısı çərçivəsində Genişzolaqlı İnternetin inkişafı üzrə BMT Komissiyasının xüsusi sessiyasının DİF-lə birgə keçirilməsi mövzusu müzakirə edilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Azərbaycanda İKT sahəsində tənzimləmə ilə bağlı  Nazirlər Kabinetinin “Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”si də diqqət cəlb edən məlumat olub.
Əsasnaməyə əsasən Ekspertlər Şurası texnoparkın səlahiyyətli orqanı, dövlət elm və təhsil müəssisəsinin yanında yaradılan texnoparklarda isə həmin müəssisə (bundan sonra - dövlət elm və təhsil müəssisəsi) tərəfindən yaradılır və ictimai əsaslarla fəaliyyət göstərir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə İT sahəsində önəmli tədbirlərdən biri də “İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti-2015” silsilə tədbirləridir.
“Daha yaxşı sosial və iqtisadi inkişafa xidmət edən rabitənin qurulması: nailiyyətlər və niyyətlər” paneli düzənlənib. Bu paneldə Azərbaycanın “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi dünya ictimaiyyətinə təqdim olunub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

İKT sahəsi üzrə önəmli tədbirlərdən biri Cisco-nun Bakıdakı forumunun keçirilməsi olub.
Forumun proqramında 20-yə yaxın çıxış və iki texnoloji axın: "Verilənlərin emalı mərkəzləri" və "İnformasiya təhlükəsizliyi" - çərçivəsində Cisco və onun tərəfdaşlarının ən son məhsullarının nümayişi olub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Keçən həftə 28 May Respublika günü münasibətilə yeni ATS-lər istifadəyə verildi.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Avropa Oyunlarını yüksək keyfiyyətli və müasir telekommunikasiya xidmətləri ilə təmin etmək üçün 100 km-dən artıq kabel-kanalizasiya qurğuları, 250 km-dən çox kabel istifadəyə verib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Elektron hökumət sahəsində sevindiri addım vətəndaşların müraciətləri onlayn həll olunacaq.
“Onlayn konsultasiya” adlanan xidmət vasitəsilə vətəndaşların portala müraciəti zaman yaşana biləcək istənilən sual və problemlər dərhal yerindəcə öz həllini tapacaq. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Keçdiyimiz həftə ünvanlı dövlət sosial yardım sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iclas keçirilib.
İclasda ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması istiqamətində ciddi tədbirlər planı hazırlanıb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Keçən həftə Elektron Hökumət sahəsində önəmli müzakirə baş tutdu.
Müzakirələrin yekunu olaraq Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın elektron arayışların kütləviləşməsi ilə bağlı hazırladığı təkliflərinin yenidən işlənərək VXSİ Dövlət Agentliyinə və RYTN-nə təqdim edilməsi nəzərdə tutulub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

 Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə