Ötən həftə İT sahəsində nə baş verdi?

05-10-2015 / 15:30

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Xeberler.az ötən icmalı sentyabrın 28-də təqdim etmişdi.

Ötən həftə startapçıların həyəcanla gözlədiyi məqamlardan biri- III qrant müsabiqəsinə layihələrin qəbul şərtlərinin açıqlanmasıdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sərnişinlər şəhərdaxili marşrutlarda telefonlarına yeni mobil tətbiqi yükləməklə sürücülərdən şikayət edə biləcəklər.
Sistem 4 dildə ( rus, ingilis, türk,  Azərbaycan dili) fəaliyyət göstərir. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

“Elektron hökumət”in inkişafı istiqamətində atılan sevindirici addımlardan biri də 2017-ci ildə bütün ölkə üzrə elektron ünvan xidmətinin göstəriləcəyi xəbəridir.
2015-ci ilin sonuna kimi Bakı və Sumqayıt şəhərlərində, 2017-ci ildə isə ölkənin bütün yaşayış məntəqələrində Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) tətbiqinə tam nail olmaq planlaşdırılır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Azərbaycanda İnternetin inkişafı istiqamətində xüsusi yeri olan tədbirlərdən biri- Milli Net 2015 müsabiqəsinə qeydiyyat başladı.
İddiaçılar www.millinet.az saytında  qeydiyyatdan keçərək öz internet resursları və internet layihələrini təqdim edə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə sosial mediada marağa səbəb olan məqamlardan biri Aztelekom-un loqosunun dəyişməsi oldu.
Loqonun yenilənməsi Aztelekom  İstehsalat Birliyinin Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilməsi ilə bağlı olub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə AzMİU-da İnnovativ Biznes İnkubator Mərkəzi fəaliyyətə başladı.
Biznes İnkubator başlanğıc mərhələdə kiçik sahibkarlığın yaranması üçün startaplara məsləhət, hüquqi, mühasibat və digər xidmətlərlə kömək edən təşkilatdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

İKT sahəsində baş tutacaq maraqlı tədbirlərdən biri də rəqəmsal marketinq üzrə konfransdır.
Oktyabrın 31-də ADA Universitetində rəqəmsal marketinq  üzrə “Digital Marketing Conference 2015”  tədbiri baş tutacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ölkəmizdə İKT-nin inkişafı istiqamətində elektron təhsillə bağlı seminar keçiriləcək.
Oktyabrın 9-da Bakı Ekspo Mərkəzinin seminar otağında “Elektron Təhsil və təhsildə innovativ yanaşma” mövzusunda 3 hissədən ibarət seminarlar keçiriləcək.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Oracle Akademiyası Azərbaycan ACM/ACM-W bölməsi ilə birlikdə İT-də qadınlara dəstək konfransı təşkil edir.
Konfrans oktyabrın 13-ü ADA universitetində baş tutacaq, tədbirdə iştirak etmək istəyənlər qeydiyyatdan keçə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sosial medianın marağını cəlb edən hadisələrdən biri də Facebook-da profil şəklinə video yerləşdirməklə bağlıdır.
İstifadəçilər yaxında davamlı olaraq təkrarlanan qısa video klipləri, GIF formatıyla profillərini daha da zənginləşdirə biləcəklər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə