RYTN Formula 1 yarışlarına hazırlıq işlərini başa çatdırıb

17-06-2016 / 11:43

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivi iyunun 17-dən 19-dək Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran-pri yarışlarına tam hazırdır.

Bu barədə Xeberler.az-a RYTN-dən məlumat verilib.

Qeyd edilib ki, nazirlik tərəfindən təşkilati və oyun məkanlarına birbaşa və alternativ istiqamətlərdən fiber-optik kabellərin çəkilməsi, optik kabellərdən ödənişsiz istifadəyə şəraitin yaradılması, oyunların keçirilməsinə tələb olunan radiotezliklərin tam və ödənişsiz ayrılması və digər öhdəliklər tamamilə başa çatdırılıb.

Bakı şəhər halqası əməliyyat komitəsi tərəfindən təqdim edilən plana əsasən, qarşıya qoyulan məsələlər nəzərdə tutulan müddətdə icra edilib. Hazırlıq müddəti ərzində oyunların telekommunikasiya xidmətləri və radiotezliklərlə təchizatı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Oyunlara hazırlıqla əlaqədar istifadəçilərin yüksək keyfiyyətli mobil telekommunikasiya xidmətləri və internetlə təmin edilməsi məqsədilə respublikamızda fəaliyyət göstərən mobil operatorların xidmət keyfiyyətlərinin monitorinqi aparılıb.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.