”Bütün sahələrdə olduğu kimi, Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatına tam hazırıq”.
Xəbərlər-in məlumatına görə, bu sözləri Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, oyun və təşkilati məkanların dayanıqlı və yüksəksürətli internet, mobil rabitə xidmətləri ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb: "Nazirliyin vəzifələri sırasına oyunların təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması və müdafiəsinin təmin edilməsi də daxildir. Bütün bu işləri biz artıq hazır vəziyyətə gətirmişik və bir neçə dəfə sınaq prosesləri də həyata keçirilib. Eyni zamanda Qafqazın ilk və yeganə peyk operatoru olan Azərkosmos, Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı elan edilib və "Azerspace-1" bu Oyunların dünyada yayımını təşkil edəcək 4 peykdən biridir. Hesab edirik ki, I Avropa Oyunlarının gedişatında telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatla bağlı heç bir problem olmayacaq".
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri