“TransEvroKom” Avropa Oyunlarının telekommunikasiya təminatında iştirak edir

12-06-2015 / 12:18

 Ölkəmizdə təşkil olunan İlk Avropa Oyunlarının Telekommunikasiya sisteminin yaradılmasında “TransEvroKom” provayder şirkəti də iştirak edir.

Şirkətin baş direktoru Qismət İbrahimov Xeberler.az-a bildirib ki, Oyunlara hazırlıq mərhələsində “Bakı Avropa Oyunları Əməliyyat Komitəsin” dən Bakı şəhəri Heydər Əliyev prospketi 117 ünvanında yerləşən Atletlər kəndinə və Zərifə Əliyava küçəsi 41 ünvanında yerləşən Oyunların mənzil qərargahına “TransEvroKom” -ın 499/599 mərkəzi EATS-dən alternativ fiber-optik xətlər çəkilib.

Baş direktor məlumat verib ki, Oyunlara hazırlıq mərhələsində şirkət təərfindən FO-24 optik kabel magistralları vasitəsilə telefon, yüksək sürətli İnternet və digər telekommunikasiya xidmətləri təşkil edilib.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə