Sosial şəbəkələr və internetin əhəmiyyətinə dair mühazirə təşkil olunub

27-04-2015 / 12:42

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Şamaxıda sosial şəbəkələr və internetin əhəmiyyəti ilə bağlı mühazirə keçirilib.
Fonddan Xəbərlər-ə verilən məlumata görə, Azərbaycan Texniki Universitetin dosenti Şahnaz Şahbazova Şamaxı rayon 6 saylı tam orta məktəbdə müəllim və şagird kollektivinə "Sosial şəbəkələr və internetin əhəmiyyəti" mövzusunda mühazirə deyib. 
Mühazirədən sonrakı görüşdə alim bir qrup müəllimlə söhbət aparıb, səmərəli metodiki tövsiyələr verib və onları maraqlandıran sualları cavablandırıb.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə