“Azərpoçt” əməkdaşları qanunvericilik aktları barədə məlumatlandırılıb

12-11-2021 / 11:22

Sosial sığorta ödəmələrinin operativ həyata keçirilməsinin təmin olunması, bu sahədə sığortaedən və sığortaolunanlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən ölkənin ən böyük sığortaedənlərindən biri olan “Azərpoçt” MMC-nin Baş ofisi və 70 rayon filialının əməkdaşlarının iştirakı ilə onlayn görüş təşkil olunub.

“Azərpoçt”dan Xeberler.az-a bildirilib ki, sosial sığorta ödəmələrinə dair qanunvericilik aktları, onların tətbiqi üzrə hüquqi və texniki məsələlərlə bağlı metodiki və təlimatlandırıcı xarakter daşıyan görüşdə bu sahədə tətbiq olunan yeniliklər, nəzərdə tutulan işlər barədə məlumat verilib. Eyni zamanda, texniki və metodiki yardım göstərmək məqsədilə sığortaedənlərə onlar tərəfindən göndərilən haqq-hesab cədvəllərində, əlavə edilən sənədlərdə buraxılan xətaların aradan qaldırılması istiqamətində tövsiyələr verilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə