Uşaqları zərərli məlumatlardan necə qorumalı?

11-02-2018 / 21:17

Son vaxtlar rəqəmsal mühitdə uşaqların fəaliyyəti və buna nəzarət məsələsi ciddi müzakirə edilir.

Ekspertlər də qeyd edir ki, uşaqlar artıq az yaşlarından müxtəlif mənfi məlumatlar əldə etməyə başlayır. Bu, müxtəlif mövzularla əlaqəli ola bilər. Onlar bildirir ki, eyni zamanda, internetə çıxışı olan uşaq (kompüter və ya mobil telefondan) potensial manyakların, uşaq alverçilərinin və ya fərqli dəyyusların hədəfinə çevrilə bilər.

Məsələn, ötən 2 ildə Rusiyada "Mavi balina" adlı oyun çıxmışdı və uşaqları oyunun sonunda intihara dəvət edirdi.

Məsələ ilə bağlı valideynləri məlumatlandırıb, bu kimi halların qarşısının alınması üçün İT üzrə mütəxəssis Fərhad Ələkbərov bəzi maraqlı məlumatlar paylaşıb.

Xeberler.az Fərhad Ələkbərovun paylaşımına istinadən həmin məlumatları təqdim edir:

Onu sözlərinə görə, bu kimi problemlər ilə rastaşmamaq üçün uşağınızın kompüter və ya planşetinə "Valideyn nəzarəti" tənzimləmələri və proqramları yaza bilərsiniz.

Belə ki, Google şirkəti Family Link xidmətini təklif edir. Düzdür, bu proqram Azərbaycan üçün hələlik nəzərdə tutulmayıb, amma ki, VPN proqramlarla IP-nizi və Play Market mağazanın ölkənizi Amerikaya dəyişərək yükləməyə cəhd edə bilərsiniz.
Müraciət səhifəsi buradadır.

Play Market üçün burada.

Qeyd: Google Family Link yaznız Android smartfonlarda işləyir. Valideynlər isə həm Android, həm də iOS sistemli telefonlardan nəzarət edə bilərlər.

Qeyd 2: Əgər yükləyə bilməsəniz, sadəcə uşağın telefonuna öz Google hesabınızı daxil edin. Beləcə uşağın veb bələdçidə (brauzerdə) hansı saytları açması tarixçəsinə ən azından nəzarət edə bilərsiniz.

Bütün Google Valideyn nəzarəti imkanları.  Bununla Apple iPhone, iPad, iPod və s. işlədən uşaqlar üçün  bu şirkətin nəzarət proqramından istifadə edərək, uşağa limitlər təyin edə bilərsiniz.

Ətraflı məlumat burada.

Microsoft şirkəti Windows 10 və Xbox üzərində uşaqlara nəzarəti uşaqların axtarış sistemlərində nə axtarması, hansı proqramları istifadə etməsi, hansı saatlarda istifadəyə icazə verilmə, hansı proqramları yükləyə bilməsi və s. üzərində sistem qurub.

Daha ətraflı buradan məlumat ala bilərsiniz.

Onun sözlərinə görə, bundan əlavə, bir çox veb bələdçilər var ki, sırf uşaqlar üçün nəzərdə tutulub:

“Lakin, çox güman ki, sizin 10 yaşdan yuxarı olan uşağınız o bələdçini deyil, məhz Chrome və s. kimi bələdçilərdən istifadə edəcək”.

Fərhad Ələkbərov qeyd edib ki, bir çox valideyn nəzarəti proqramları ödənişlidir:

“Bu illik 50 dollardan 200 dollara qədər ola bilər. Lakin, düşünürəm ki, bu pulu verməyə dəyər. Çünki, mövzu sizin uşağınızın düzgün inkişafı, sağlamlığı və digər vacib məsələlər ilə bağlıdır”.

Android proqramlar:

Kids Place
Kids Zone

iOS üçün burada.

Hər iki sistem (Android və iOS) üçün burada. (Pullu versiyası mövcuddur).

Mütəxssis onu da vurğulayıb ki, bundan əlavə bir proqram var ki, qeyd olunduğuna görə birbaşa telefonda quraşdırıldıqdan sonra Whatsapp, Messenger, iMessage, Snapchat, SMS və s. çat proqramları yazışmalarına da nəzarət edə bilir.

Uşağın harada yerləşməsinə xüsusi proqram ilə daimi nəzarət edə bilərsiniz:

iOS üçün burada.
Android üçün burada.

Qeyd edək ki, Azərbaycanda da son vaxtlar uşaqların internetdə təhlükəsizliyi ilə bağlı bir sıra addımlar atılır, tədbirlər görülür. Belə ki, ötən il Aztelekom SAF təhlükəsiz internet xidmətinin tətbiqinə başlayıb.  Baktelecom istifadəçiləri üçün  “Təhlükəsiz İnternet” xidməti istifadəyə verib.

Həmçinin, mobil operatorlar da bununla bağlı tədbirlər görürü. Belə ki, Bakcell və Enginet şirkətinin təklif etdiyi “İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadə etməsini təmin edə bilər.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.