Kassasız və növbəsiz mağazalar

06-12-2017 / 11:19

Kompüterin görmə bacarığı, sensorlar və süni intellekt texnologiyaları əsasında hazırlanmış ilk kassasız mağaza 2017-ci ildə Sietlda qapılarını alıcılar üçün açacaq.

Kaspersky Lab mütəxəssisləri kassasız və satıcısız mağazaları şərh edib.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Mövzu ilə bağlı məqaləni təqdim edirik:

Alış-verişlərin fərdiləşdirilməsi

Texnologiyaların inkişafı ilə bizim üçün öyrəncəli olan fiziki mağazalar müştərilərinə daha mühüm olmaq yollarını axtarırlar, məsələn, onlara yeni "rəqəmsal" təcrübə əldə etmək fürsəti yaradırlar. Belə ki, Sephora kosmetika mağazalar şəbəkəsi tərəfindən buraxılan Visual Artist mobil əlavəsi Kanadanın ModiFace şirkəti ilə birlikdə müştərilərə virtual rejimdə dodaq boyasının çalarlarını “sınamaq” və smartfonun ekranında dərhal nəticə görmək imkanı verir.

Yaxın illərdə plastik manekenlər alıcılarla ünsiyyətdə olacaq: Britaniyalı Iconeme startapı onlara manekendə olan geyimin xüsusiyyətlərini və qiymətlərini dərhal smartfonda görmək imkanını verən VMBeacon çipini əlavə etməyə başlayıb.

Fərdiləşdirilmənin başqa bir istiqaməti – ölçü xəttinin genişləndirilməsi, həmçinin geyim və ayaqqabı fərdiləşdirilməsinin gücləndirilməsidir.

Məsələn, Amerikanın Stantt startapı 3D formatında iki min kişi bədənini skan edib və bu əsasda 75 müxtəlif ölçülü kişi köynəkləri hazırlayıb. İstehsalçının sözlərinə görə, bu texnologiya ilə kişilərin 95%-i fərdi tikişə vəsait xərcləmədən bədənlərinə mükəmməl oturacaq köynəyi seçə biləcəklər.

Soyunub-geyinmə otağları da ağıllı olmağa başlayır: məsələn, Rebecca Minkoff geyim brendi eBay ilə tərəfdaşlıqda artıq otağları müştərilərin bura nə gətirdiyini və nəticədə nə aldığını izləməyə imkan verən sensorlarla təchiz edirlər. Belə otaqlarda sensor ekran vasitəsilə alıcılar satış məsləhətçisi ilə əlaqə yaratmadan bəyəndikləri modelin başqa rəngini və ya ölçüsünü bir göz qırpımında sifariş edə bilərlər.

Əlbəttə, məlum deyil, adət edilmiş soyunub-geyinmə otaqların mənası qalacaqmı, ola bilsin ki, virtual analoqlar onları tam sıxışdırsın. Belə ki, SapientNitro marketinq agentliyi tərəfindən təqdim edilən Vretail layihəsi və Sixense virtual reallıq platforması istifadəçini virtual soyunub-geyinmə otağına yerləşdirir. Bu otağda istifadəçinin 3D formatında avatarı geyim və ayaqqabını həyatda olduğu kimi səmərəli şəkildə əyninə ölçmək, həmçinin dostlar və yaxınlarla mümkün alışı müzakirə etməyi bacaracaq.

Kassasız və növbəsiz

Alıcılar ən əsas ona hazır olmalıdırlar ki, mağazalar onları üzdən tanıyacaq. Kompüterin görmə bacarığı texnologiyaları sayəsində alıcıları birbaşa mağazaya girişdə eyniləşdirmək, bazarlıq ödənişini isə onların kart hesabından silmək olacaq. Mağazaya daxil olduqda müştəri mobil əlavəli smartfonu turniketə istiqamətləndirir, gələcək hərəkətləri isə sistem özü müəyyən edir. Rəfdən mal götürən zaman, həmən məhsul sizin virtual səbətinizdə peyda olur, fikrinizi dəyişdikdə və onu geriyə qaytardıqda isə səbət müvafiq olaraq boşalır.

Bu prinsipə əsasən inşa olunmuş ilk böyük mağaza Amazon Go-dur. Sietlda yerləşən sözügedən mağaza şirkətin əməkdaşları tərəfindən yoxlanılması üçün 2016-cı ilin sonunda test rejimində istifadəyə verilib, 2017-ci ildə isə bu dükan artıq ilk müştərilərini qəbul edəcək.

Pərakəndə satıcı və alıcılar onların mobil qurğularında məhsul haqqında ətraflı məlumat göstərmək imkanı verən NFC-damğalarından istifadə edirlər (belə damğaları, məsələn, Fransanın ərzaq şəbəkəsi olan Casino işlədir). “Ağıllı rəflər” və  video-təhlil sistemləri isə alıcıların reaksiya və emosiyalarını ölçmək və bu məlumatları nəzərə alaraq məhsul təklif etmək fürsəti yaradır.

Müştərilərnən oflayn və onlayn kommunikasiya arasında hədd getdikcə nəzərə çarpmaz olur: hazırda alıcı malları planşet ekranında olan tətbiq vasitəsi ilə seçə bilər. Amerikada Starbucks-da indidən qəhvə sifariş edib, onu əvvəlcədən mobil əlavə vasitəsilə ödəmək mümkündür. Beləliklə, qəhvəxanaya gələrək sizə yalnız hazır içki götürmək lazım olacaq.

Bir çox sahə ekspertləri hesab edirlər ki, gələcəkdə mağazalar daha az sahəni tutacaq. Bütün bunlar pərakəndə satıcıları yalnız mobil əlavələri funksional və rahat etmək deyil, həm də fiziki mağazaların quruluşunu dəyişməyə məcbur edir.

Daha bir dəyişikliklər istiqaməti – evə məhsullarının çatdırılması üzrə xidmətlərin daha tez və ucuz olmasıdır. Məsələn, Amazon 2016-cı ilin noyabr ayında yaşıl yük maşınları simvolikası altında müştərinin sifarişi ilə evinə təzə məhsullar gətirən Fresh servisinə abunə qiymətini 15 dollaradək endirib.

Logistika

Çin maqnatı, Alibaba Group-un təsisçisi Cek Ma hesab edir ki, zaman keçdikcə elektron ticarət əsas pərakəndə ticarət növü olacaq.

Texnologiyaların inkişafı ilə mümkün olan logistika sahəsində dəyişikliklər bu prosesdə mühüm rol oynayacaq. Cek Ma 2016-cı ildə Sankt-Peterburqda keçirilən iqtisadi forumda bildirib ki, artıq 10 ildən sonra dünyanın istənilən nöqtəsindən istənilən malı 72 saat ərzində gətirmək mümkün olacaq. Yeni, sürətli nəqliyyat vasitələrinin meydana gəlməsi və bağlamaların uçuş aparatı (dron) vasitəsilə çatdırılması, həmçinin anbarlarda uçan və hərəkət edən robotlardan istifadə olunması ilə bu reallığa çevriləcək. Bütün bunlar vaxta və resurslara qənaət etməyə imkan verəcək.

Pilotsuz yük maşınlarının köməyi ilə çatdırılma yaxın bir neçə ildə kommersiya çatdırılma növünə çevriləcək, lakin dron ilə daşınma hələlik fəal inkişaf etmir. Pilotsuz uçuş aparatları havaya ağır yükləri qaldırmaq və uzun müddət ərzində onları saxlamaq üçün hələ ki, kifayət qədər gücü olmayan akkumulyatorun qısa iş müddətindən əziyyət çəkir.

Bu arada Daimler avtomobil konserni iki texnologiyanı birləşdirməyə çalışır. 2016-cı ilin sentyabrında Mercedez-Benz Vans pilotsuz maşınlarının istehsalı üzrə Matternet startapına investisiya yatırıb və onunla birlikdə gələcəyin elektrik yük maşınını hazırlayıb.

Bu maşının damında çəkisi 2 kiloqrama qədər olan müxtəlif bağlamaları 19 km məsafəyə qədər eyni bir batareyanın enerjisi ilə çatdırmağa bacaran özünü idarə edə bilən dronlar üçün meydança yerləşir.

Pilotsuz maşınların və digər texnologiyaların tətbiqinə keçid daha bir müddət davam edəcək, amma artıq aydındır ki, nəticədə bütün alış-veriş prosesi tanınmaz dərəcədə dəyişəcək: bir tərəfdən o, müstəqil fəallıq kimi, demək olar ki, yox olacaq, digər tərəfdən isə o qədər asanlaşacaq ki, biz başqa məşğuliyyətlərdən yayınmadan daim alış-veriş edə biləcəyik.

Onlayn-tranzaksiyalar tam avtomatik olaraq və kart nömrəsinin daxil edilməsini tələb etməyərək alış-verişi müştəri üçün daha "şəffaf" və asan bir prosesə çevirəcək. Bu, istifadəçinin hesabının sındırılması, həmçinin şəxsiyyət oğurluğu riskini artıra bilər, lakin burada da avtomatlaşdırılma prosesi köməyə gələcək: kompüter bir sıra məlumat əsasında, o cümlədən barmaq izləri və üz tanıma sistemləri vasitəsilə alıcı haqqında qərar qəbul edəcək.

Göründüyü kimi, bizi elə bir gələcək gözləyir ki, burada gülümsəyən manekenlər alıcı ilə ünsiyyət quracaq, mağazada məhz sizin xoşunuza gələn musuqi səslənəcək, məhsul seçimi və ödəniş prosesi isə daha asan olacaq.

Lakin Kaspersky Lab şirkətinin ekspertləri xəbərdarlıq edir ki, yalnız təməli sistemlərin dizaynıda öncədən qoyulan düşünülmüş kibertəhlükəsizlik və rəqəmsal savadlılıq mağaza və müştərilərin pullarını qoruya biləcək. Bununla belə, kassalar, dronlarlar və robotların anbarda çalışdığı platformadan tutmuş müştərilərin qacetləri və kompüterlərin görmə bacarığı texnologiyalarınadək ticarətin hər bir elementinin qorunması barədə artıq bu gün düşünmək gərəkdir.

Kaspersky Lab-ın Azərbaycanda rəsmi təmsilçisi Müşviq Məmmədov, 

xüsusi olaraq Xeberler.az saytı üçün

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə