Previous Next
Bağla

Onlayn alış-veriş edənlər, diqqətli olun

24-11-2017 14:18
Onlayn alış-veriş edənlər, diqqətli olun

Kaspersky Lab şirkəti ənənəvi olaraq noyabrın sonunda "qara cümə" günündən başlayan Yeni il bayramı ərəfəsində alış-veriş zamanı kiberfırıldaqçılıq fəallığının icmalını dərc edib.

Xeberler.az bildirir ki, ekspertlər müəyyən ediblər ki, onlayn alışların artması ilə birlikdə tanınmış brendləri, ödəniş sistemlərinin adlarını və "qara cümə" söz birləşməsinin özünü istifadə edən maliyyə kibercinayətlərinin sayı da artır.

Lakin fırıldaqçıların istirahət etikləri gün də mövcuddur, analitiklər həmən günü "boz şənbə” günü adlandırıb.

Hesabata əsasən, dərhal "qara cümə”dən sonra, yəni, şənbə günü, istifadəçilərin fişinq linklərinə keçid cəhdlərinin sayı 33% azalır.

2016-cı ildə "qara cümə" (noyabrın 25-nə təsadüf edib) Kaspersky Lab şirkətinin sistemləri istifadəçilərin kompüterlərində “Antifişinq” sisteminin 770 min dəfə işə salınmasını qeydə alıb.

Ertəsi gün, noyabrın 26-da bu göstərici cəmi 510 min idi. “Boz şənbə”nin ardınca gələn “Kiber Bazar Ertəsi”ndən başlayaraq fişerlərin fəallığı yenidən artmağa başlayır.

Ekspertlər hesab edirlər ki, bu təmayül cari ildə də davam edəcək.

“Onlayn ticarətin inkişafı ona gətirib çıxarəb ki, maliyyə fişinq hücumlarının səviyyəsi bütün il ərzində sabit olaraq yüksəkdir. Lakin fırıldaqçılara bayramqabağı marketinq aksiyaların gurultusunda "gizlənmək" və istifadəçiləri aldatmaq daha asandır. İnsanların əksəriyyəti mobil qurğular vasitəsilə və çox vaxt evdə olmayaraq bazarlıq edirlər, beləliklə, demək olar ki, hər birimiz belə şəxslərin qarşısında aciz qalırıq. Lakin yaxşı xəbərlər də var:

 “boz şənbə” günündə hücumların sayı xeyli azalır. Ona görə də əgər siz bu həftə onlayn bazarlıq etməyi planlaşdırırsınızsa, günü düşünülmüş seçin. Bundan başqa, istənilən gündə şübhəli linklərdən və fayllardan çəkinmək, sizin alış-veriş gördüyünüz və ödədiyiniz dükanların və ödəniş sistemlərinin ünvanlarını diqqətlə yoxlamaq və ən mükəmməl halda mobil qurğularda belə ixtisaslaşdırılmış müdafiə həllindən istifadə etmək məsləhətdir”, - deyə Kaspersky Lab şirkətinin aparıcı kontent-analitiki Nadejda Demidova bildirib.

İcmalda qeyd edilib ki, 2016-cı ildə ödəniş sistemləri, banklar və onlayn-mağazalara yönəldilmiş maliyyə fişinq hücumlarının sıyı artıb. Bununla belə, 2015-ci ildə onun azalması müşahidə olunub.

Maliyyə fişinq hücumu bütün fişinq hücumların təxminən yarısını (49,77%) təşkil edib. 2015-ci ildə bu göstərici cəmi 34,33% səviyyəsində olub.

Ehtimal olunur ki, maliyyə fişinqin artımın əsas amillərindən biri mobil cihazların istifadəçiləri olub. “Kaspersky Cybersecurity Index” məlumatlarına əsasən, 2017-ci ilin birinci yarısında onlayn ödənişlər və alış-verişlər üçün smartfon istifadəsi son bir ildə iki dəfə artıb.

Maliyyə fişerləri öz hücumları zamanı "qara cümə" brendindən, həmçinin istifadəçilərin kibertəhlükəsizliklə bağlı qorxularından fəal istifadə edirlər. Bəzi hallarda məktublar yoluxma barədə xəbərdarlıqlar, istifadəçinin sındırılmasının saxta aşkar edilmələri və ya İnternetdə ehtiyatlı davranışı təşviqedici xəbərlər altında maskalanır.

Bayramqabağı dövrdə maliyyə fişinq hücumlarının araşdırması Kaspersky Lab şirkətinin müdafiə həllərinin evristika və anti-fişinq komponentləri tərəfindən topladığı məlumat əsasında hazırlanıb. İstifadəçi Kaspersky Lab şirkətinin bazasına hələ əlavə olunmamış fişinq linkinə keçməyə çalışanda onlar hər dəfə işə düşür.

Bayram ərəfəsində fişinq hücumlarının tendensiyaları haqqında ətraflı məlumat burada.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Fişinq hücumun əsas hədəfi  kimlərdir?-Araşdırma

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020
Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı  artıb

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021
“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

12-05-2017
Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

19-03-2019
 “Bu il kriptovalyuta spamları artacaq”

“Bu il kriptovalyuta spamları artacaq”

23-02-2018
Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

17-08-2018
“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017
Kaspersky Lab kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

Kaspersky Lab kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

01-06-2018
Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016
“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020
Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

14-04-2017
Dünyanın tanınmış universitetləri haker hücumlarına məruz qalıb

Dünyanın tanınmış universitetləri haker hücumlarına məruz qalıb

25-10-2018
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018
Bank troyanları 430 min istifadəçiyə hücum edib

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019
Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020
Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Azərbaycanda fişinq hücumlarının sayı artıb

Azərbaycanda fişinq hücumlarının sayı artıb

04-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə