İsveç kilsələri ianələri elektron formada qəbul edir, hər il Kenyada ÜDM-in 40%-dən artıq həcmi fərdi şəxslərə bir-birinə pul köçürülmə imkanı verən əlavədən keçirilir, Çində isə orta hesabla adambaşına 3,28 plastik kart düşür. Bütün bunlar sikkə və əskinaz olmayan dünyaya aparan yolun hələ başlanğıcıdır.
Xeberler.az bildirir ki, Avropada İsveç "nağdsız cəmiyyətə" doğru keçiddə pionerdir.
Milli Mərkəzi Bankın məlumatına görə, ötən il nağd pul ilə əməliyyatlar bütün ödənişlərin yalnız 2% -ni təşkil edib, 2020-ci ildə isə bu göstərici 0,5% -dək azalmalıdı.
1 600 bank şöbəsindən 900-ü nağd pul ilə işləmir. Burada avtobusa və ya metroya nağd pul ilə bilet almaq mümkün deyil, qanunvericiliyə uyğun olaraq, mağazalara nağd pul qəbul etməmək icazəsi verilib, hətta evsizlər belə qəzeti sizə mobil pula satacaqlar. Oxşar vəziyyət Danimarka, Norveç və İslandiyada da müşahidə olunur. Norveçin ən iri bankı sayılan DNB hələ 3 il öncə nağd puldan imtina etmək çağırışı ilə açıq şəkildə çıxış edib.
Mikrob və cibgirlər olmadan
Skandinaviyadan kənarda nağd pul mövqeyi hələ güclüdür. Amma Böyük Britaniyada, məsələn, 2015-ci ildə elektron ödənişlərin həcmi nağd pul ödənişlərindən çox olub (nağd pul ödənişləri bütün fiziki və hüquqi şəxslərin tranzaksiyalarından yalnız 48%-ni təşkil edib). Britaniyalıların 4,4%-i artıq deyir ki, nadir hallarda kağız pul istifadə edirlər. Mastercard-ın məlumatına görə, 2015-ci il ərzində Rusiyada yalnız nağd pul ilə ödənişlərə hazır olan vətəndaşların sayı 16 faiz bəndi azalıb – 54%-dən 38%-dək. Çində elektron ödənişlərə keçid uçquna bənzəyirdi: hələ 2009-cu ildə hətta internet-mağazalarda bütün alışların 2/3 hissəsindən çoxu malın çatdırılmasından sonra nağd pul ilə ödənilirdi, bu gün isə mobil ödənişlər elektron ticarət əməliyyatlarının 70%-dən çox təşkil edir. Lakin bütün dünyada alışların 85%-i hələ də nağd pul vasitəsi ilə həyata keçirilir.
Nağd pul mikrobların sevimli məskənidir və eyni zamanda, cibgirləri cəlb edir. Bundan başqa, onlara xidmət göstərmək baha başa gəlir: dövlət – əskinasları və sikkələri buraxanda, biznes – onları qəbul edib, inkasso etməyə, banklar isə fiziki təhlükəszliyə xərc çəkirlər. Nağd pula qarşı daha ciddi arqumentlər: potensial terrorçuluğun maliyyələşdirilməsi, pulların yuyulması, qeyri-qanuni pul axını və qara bazarın mövcudluğu.
Nağd pulların yaxın vaxtlarda ölümü barədə söhbətlər, demək olar ki, hər dəfə inqilabi texnologiya baş verdikdən sonra yaranır. Belə ki, Mastercard-ın məlumatına əsasən, Avropada kontaktsız ödənişlərin sayı il ərzində 150% artıb.
Görünməyən bazarlıq
Davos İqtisadi Forumun ekspertləri yaxın illərdə ödəniş innovasiyaların dörd istiqamətini ayırır: mobil ödənişlər (pul kisələri və ödəniş sistemləri), inteqrasiya olunmuş ödəmə sistemləri (mobil sifarişlər və ödəmələr və alış-verişlər üçün əlavələr), avtomatik ödənişlər (o cümlədən, coğrafi bağlama ilə və ya qurğular arasında (m2m)) və ödəniş sistemlərinin təhlükəsizliyinin inkişafı (biometrik eyniləşdirilmə, tokenlər və s.).
Lakin gələcəkdə bizim adət etdiyimiz ödəniş üsulundan asılı olmayaraq, yeni ödəniş imkanları bizim alıcı davranışımızı dəyişəcək. Pulların ənənəvi xərclənmə sxemləri artıq işləməyəcək.
Ən kiçik ödənişlər belə elektron şəkildə olacaq, bununla belə, onların çoxu avtomatlaşdırılacaq, biz hətta necə pul xərclədiyimizi hiss etməyəcəyik. Elektron ödənişlərin payı artdıqca, bizim xərclərimizi “görən” hər kəsdə – maliyyə və servis-provayderlərdə, mağazalarda və s. – nəyi və harada aldığımız, kimə pul köçürməyimiz, əmanət edib-etməməyimiz haqqda daha çox məlumatlar olacaq. Bu, müştərilərə daha çox "şəxsi" təkliflər etməyə imkan verəcək və kreditlərin qiymətlərinə belə təsir edəcək.
Pul kisəsi kimindir?
Dünya İqtisadi Forumunun ekspertləri "nağdsız dünyanın" üç mümkün ssenarilərdə inkişafı haqqında danışır: ödənişlərin konsolidasiyası, onların fraqmentasiyası və kartlardan istifadə mexanizminin dəyişdirilməsi.
İnsanlar get-gedə öz ödənişlərini daha az görürlər: onlar amazon.com- da bazarlıq edərək və ya Uber xidmətlərindən istifadə zamanı alışlarını bir anda ödəyə bilərlər. Əlavələrdə “qiyabi” alış (məsələn, həmən amazon.com və ya Uber-də, ApplePay-da və GoogleWallet-də) çox sadə prosesə dönür, insan hətta ən xırda alış-verişlər üzrə bir anda hesablaşmağa alışır. Və bu əlavə və ya mobil pul kisəsi onun üçün “qiyabi” ödəniş üsuluna çevrilir, nə vaxtsa nağd pul olduğu kimi.
Digər tərəfdən mobil pul kisələri fiziki kartları gərəksiz edirlər və buna görə, eyni zamanda, insanın pul kisəsində olan kartların sayı ilə bağlı məhdudiyyətlər yox olur. Bunula yanaşı, istifadəçinin ödəniş vasitələrinin sayı sonsuz ola bilər. Onlar yalnız adət olunmuş banklardan və ya daha az adət etdikləri mobil operatorlardan və sosial şəbəkələrdən deyil, həmçinin dünyanın istənilən nöqtəsində yerləşən kiçik mağazalardan əldə edilə bilərlər. İnsanın bütün pul kisəsini sonsuz sayda provayderlər öz aralarında bölüşdürə biləcək. Və bu hər bir alınma üçün hansı ödəniş opsiyasından istifadə etməyin daha sərfəli olduğu haqqında avtomatik olaraq qərar qəbul etməyə kömək edən sistemlərinin inkişafına təkan verəcək.
Mobil ödənişlər Skandinaviyada yalnız saqqız və ya qəzet kimi ən xırda alış-verişlər üçün deyil, həm də prosesin özünün sürətləndirilməsi üçün "işləyir": məsələn, növbədə durmamaq üçün pik saatda barda pivənin qiymətini elektron şəkildə ödəmək mümkündür. Nağd pul daha lazım olmayacaqsa, biznesin nağd pul ödənilməsinə xərcləri azalacaq, şəffaflıq həm maliyyə institutları üçün, həm də tənzimləyicilər üçün artacaq (məsələn, vergiləri daha asan yığmaq olacaq), alıcı və satıcılar isə kriminal təhlükələr ilə daha az qarşılaşacaqlar.
Bütün bunlar tam real pul şəklində ifadə olunur: Norveç Mərkəzi Bankının məlumatına görə, 2015-ci ildə hər bir nağd ödənişin orta dəyəri 7,1 kron, kart ilə ödənişlərin orta dəyəri isə 4,1 kron təşkil edirdi.
Baha və təhlükəli
Amma bu proseslərin əks tərəfi də var: infrastruktur xərclərinə, ekvayrinq üzrə yüksək ödənişlərə, vəsaitin köçürülməsi üzrə yubanmalara görə bəzi ticarət nöqtələri elektron ödənişləri qəbul etmir. İsveç eksperimenti göstərib ki, "nağdsız cəmiyyətə” qarşı əsas arqumentlər bunlardır: ödənişlərin təhlükəsizliyi, insanların onların alışlarının tam siyahısına yol tapan hər kəsin qapaq altında olmaq istəməməyi və hətta bütöv əhali qrupları (yaşlı insanlar, sağlamlıq imkanları məhdud olan şəxslər, yoxsullar, immiqrantlar və uşaqlar) üçün elektron ödəmələrin əlçatmazlığı. Hər üçüncü isveçli hələ də əmindir: nağd pul olmadan o tam başa gələ bilməzdi.
Məsələni Xeberler.az-a şərh edən Kaspersky Lab şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib ki, inkişaf edərək, nağdsız ödəniş sistemləri bank infrastrukturu ilə birgə cinayətkarları böyük həcmdə pul vəsaitlərinə yol tapmaq imkanı ilə cəlb edir:
“Təəssüf ki, müəyyən bacarıqlara malik olaraq İnternet vasitəsilə daha böyük həcmdə pul çıxarmaq mümkündür, nəinki ənənəvi qarət zamanı fiziki şəkildə nağd pul aparmaq. Müvafiq olaraq maliyyə sektoru ilə bağlı kibertəhlükələrin sayı sabit şəkildə artır, onlar nəinki say baxımından sürətlə təkamül edir, həm də getdikcə daha mürəkkəbləşirlər. Beləliklə, onlayn və mobil bankinq sistemlərindən oğurlanma riskini azaltmağa imkan verən sistemlər hazırda maliyyə təşkilatları üçün olduqca vacibdir. Təəssüf ki, bəzən bankların müştəriləri onların kompüter və mobil qurğularının təhlükəsizliyi ilə bağlı özlərini qayğısız aparırlar. Bu problemin aktuallığını dərk edərək, Kaspersky Lab belə sistemlərdə fırıldaqçılığı erkən aşkarlama sistemini işləyib hazırlayıb”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri