09.09.2010
Google-dan yeni texnologiya - Google Instant [video]
07.09.2010
Azərbaycanın İlk Rapidshare`si, Paylash.net!
07.09.2010
Google üçün yeni buton..
06.09.2010
1news Türckə yayıma başladı - 1news.com.tr
06.09.2010
Ötən həftədən maraqlı twitlər... #31
06.09.2010
Bloqosfer 2010 üçün qeydiyyat prosesi və #bloqosfer10 videoları
04.09.2010
Facebook Page-i üçün xüsusi tab
01.09.2010
"Naxçıvan Regional innovasiya zonası üçün ən uyğun məkandır"
31.08.2010
Facebook-a daxil olmaq problemi
31.08.2010
31 avqust - Bloq Gününüz mübarək!
Fontu böyüt:
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi və Azərbaycan Respublikasının bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1 milyon manat məbləğində vəsait ayrılması qeyd olunur.
Sərəncamla müəyyən edilmiş vəsaitin hesabına Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 280 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilsin.
Aşağıdakı 32 qəzet redaksiyasının hər birinə 20 min manat birdəfəlik maliyyə yardımı ayrılıb: "Ayna" - "Zerkalo", "Azad Azərbaycan", "Azadlıq", "Azərbaycan", "Azerbaydjanskiye izvestiya", "Bakinski raboçi", "Bakı-Xəbər", "525-ci qəzet", "Bizim yol", "Exo", "Ekspress", "Ədalət", "Həftə içi", "Xalq cəbhəsi", "Xalq qəzeti", "İki sahil", "Kaspi", "Kaspiy", "Mərkəz", "Mövqe", "Novoye vremya", "Olaylar", "Palitra", "Paritet", "Paralel", "Respublika", "Səs", "Şərq", "Şərq qapısı", "Üç nöqtə", "Yeni Azərbaycan", "Yeni Müsavat".
Aşağıdakı 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maliyyə yardımı ayrılıb: ASSA-İRADƏ İnformasiya Agentliyi, "Azadinform" İnformasiya Agentliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), "Azəri-Press" İnformasiya Agentliyi (APA), "Olaylar" İnformasiya Agentliyi, "Səs" İnformasiya Agentliyi, “Trend” İnformasiya Agentliyi, "Turan" İnformasiya Agentliyi.
Maliyyə Nazirliyinə tapşırılıb ki, sərəncamla müəyyən edilən maliyyə yardımlarının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, qəzet redaksiyalarına və informasiya agentliklərinə köçürülməsini təmin etsin.
Mənbə: azertag.com