Qadınlarının İKT Klubu yaradılır

02-12-2014 / 15:46

Dekabrın 3-də 20-ci “Bakutel-2014” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Azərbaycanda İKT sahəsində çalışan qadınları əhatə edəcək ilk peşəkar qurum – Azərbaycan Qadınlarının İKT Klubunun (AQİK / “FEMMES DIGITALES”) rəsmi açılış mərasimi  baş tutacaq. 

Xeberler.az bildirir ki, klubun yaradılmasında məqsəd dövlət və özəl sektorda, habelə ictimai fəaliyyət sahələrində İKT istiqaməti üzrə fəal olan xanımları bir araya gətirməkdir.

Klubun təsisçiləri arasında “B.est Solutions”, “Microsoft”, “HP”, “Azercell”, “Bakcell”, “Azerfon”, “BBTV”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AGAT, ITECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, ASAN, “Mont”, “Art Scarves by Menzer Hajiyeva” kimi şirkət və təşkilatlarda çalışan qadınlar təmsil olunur.

Klubun rəsmi açılış mərasimi Bakı Ekspo Mərkəzinin 3-cü zalında saat 17:00-da başlayacaq. 

Açılış mərasimində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Avropa Birliyinin Azərbaycanda nümayəndəliyinin rəhbəri xanım Malena Mard, Estoniyanın keçmiş xarici işlər naziri xanım Kristiina Oyuland çıxış edəcəklər. Tədbirdə həmçinin “FEMMES DIGITALES” klubunun təsisçiləri – “B.est Solutions” şirkətinin qurucusu xanım Yana Krimpe, “Microsoft” şirkətinin təmsilçisi Səbinə Pərvizi, “Bakcell” şirkətinin nümayəndəsi Xavər Qambayzadə, AGAT-ın rəhbəri Günel İbrahim və “Azerfon” şirkətinin nümayəndəsi Nigar Arpadarai məruzələri dinlənəcək. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə