Suriya “Turksat” rabitə peykinin xidmətlərindən istifadə edəcək

27-03-2025 / 08:34

Suriya Türkiyənin “Turksat” telekommunikasiya peykinin xidmətlərindən istifadə etmək niyyətini bəyan edib.

Xeberler.az məlumat verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Dəməşq tərəfindən bu məsələ ilə bağlı Ankaraya rəsmi sorğu göndərilib.

Bundan başqa, keçid hökumətinin rabitə və informasiya texnologiyaları naziri Hüseyn əl-Masri yaxın zamanda rəqəmsal infrastrukturdan istifadə ilə bağlı texniki məsləhətləşmələr aparmaq üçün Türkiyənin paytaxtına səfər edəcək.

Ankaraya müraciət son günlərdə Suriya ərazisində telekommunikasiyaların işində müşahidə olunan nasazlıqlar və ölkənin şərqindəki bir neçə şəhəri əhatə edən internet bağlantısı problemləri ilə əlaqədar olub.

“NetBlocks”a görə, Suriya ərazisində genişmiqyaslı internet kəsintisi martın 24-də günün ikinci yarısında qeydə alınıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə