“Microsoft” 2025-ci ilin mayında “Skype” xidmətini dayandıracağını və istifadəçiləri “Microsoft Teams” platformasına keçməyə təşviq edəcəyini qeyd edib.
Xeberler.az “BBC”yə istinadən məlumat verir ki, “Skype” istifadəçiləri mövcud hesab məlumatları ilə “Teams”ə daxil olaraq, söhbət və əlaqələrini avtomatik olaraq köçürə biləcəklər. Bu addım, “Microsoft”un kommunikasiya xidmətlərini sadələşdirərək, “Teams” platformasına daha çox diqqət yetirməsinə imkan verəcək.
“Skype” ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə “Microsoft” tərəfindən 8,5 milyard dollara satın alınıb. Son illərdə “Zoom” və “Slack” kimi rəqiblərlə rəqabət aparmaqda çətinlik çəkən “Skype”, xüsusilə pandemiya dövründə “Teams”in populyarlığının artması ilə kölgədə qalıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri