CATEL Rabitə və İnformasiya nazirliyini məhkəməyə verib?

04-05-2011

Neçə vaxtdır fəaliyyətində qeyri-müəyyən səbəblərdən problemlər yaranan CATEL mobil rabitə şirkəti bağlanıb. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə deyib ki, şirkətin fəaliyyətində texniki problemlər yaranıb.

RİTN-in strukturuna daxil olmayan qurumlar - SİYAHI

04-05-2011

Aztelekom İstehsalat Birliyinin və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin tabeliyində olan hüquqi şəxslərin siyahısı da təsdiqlənib


Ev telefonlarına limit tətbiq olunacaq

03-05-2011

“Ev telefonları ilə danışığa limitlərin tətbiq olunmasına dair məsələ artıq Tarif Şurasında müzakirə olunur”.

CATEL abonentlərini 150 manat ziyana salıb

01-05-2011

Bir müddətdir ki, Azərbaycanın ilk CDMA mobil operatoru olan CATEL şirkətinin (“Fonex” operatoru) ölkə üzrə şəbəkəsində ciddi problem yaranıb. Odur ki, şirkətin minlərlə abunəçisi aldıqları telefonlardan istifadə edə bilmirlər. Hazırda CATEL abunəçilərinin əksəriyyəti aldığı aparatı geri qaytarmaq istəsə də, buna nail ola bilmir.


Azərbaycanda qatarlarda internet xidməti də göstəriləcək

01-05-2011

Sərnişinlərin daha çox üstünlük verdiyi, rahat, təhlükəsiz nəqliyyat növlərindən biri də dəmiryol nəqliyyatıdı. Dünyanin inkşaf etmiş ölkələrində dəmiryol nəqliyyatında yemək, içmək, yatmaq xidmətləri ilə yanaşı, sərnişinlər mətbuatla da təmin olunurlar.

Azərbaycanda "Facebook"un ziyanı, yoxsa xeyri var?

28-04-2011

“Transition-Online” Beynəlxalq Humanitar Təşkilatın Azərbaycan bölməsi Media Mərkəzində “Sosial şəbəkələrin xeyri və ziyanı” mövzusunda dəyirmi masa keçirib. Təşkilatın təmsilçisi Emin Hüseynzadə Azərbaycanda 369 mindən çox “facebook” istifadəçisi olduğunu, bunun 35%-ni qadınların təşkil etdiyini deyib.


"Halal internet"lə haram əməllər

28-04-2011

Freedom House təşkilatının bildirdiyinə görə, internetdən istifadə baxımından İran ən qeyri-azad ölkələrdən biridir. “2011 Şəbəkə azadlığı: İnternet və rəqəmsal medianın vəziyyəti” adlanan hesabatda 37 ölkədəki vəziyyət gözdən keçirilir. İranda durum Çin, Kuba və Birma kimi ölkələrdən də pis dəyərləndirilir.

"CATEL" iddialara cavab verdi!

26-04-2011

Azərbaycanın rabitə operatoru CATEL-in şəbəkəsində fasilələr texniki xarakter daşıyır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadəaçıqlama verib. Onun sözlərinə görə, şirkət hazırda nasazlıqları aradan qaldırmaq və şəbəkədə işi əvvəlki rejimdə bərpa etmək üçün əlindən gələni edir.


İnternet məkanının gender münasibətlərinə təsiri

25-04-2011

Sosioloqların fikrincə, qlobal şəbəkədə gender stereotipləri aşağıdakı kimi ifadə olunur: qadınlar özlərini kişilərin xəyallarında yaratdıqları “ideal qadın” obrazına uyğun, kişilər isə öz növbəsində qadınların bəyəndikləri, özlərinin mənafeyinə uyğun bir tərzdə təqdim etməyə çalışırlar. Beləliklə də, internet məkanında reallıqdan çox uzaq, fantastik “avatar” obrazlar yaranır.

Xakerlərin növləri - SİYAHI

24-04-2011

Xaker deyildikdə ağılınıza yalnız pis niyyətli insanlar gəlməsin, onların da növləri var. Xakerlər təkcə kompüterlərə hücum edən insanlar deyil. Onların bəziləri dünyanı dəyişdirməyi ümid edərkən bəzisi insan haqqlarını qorumaq məqsədi ilə nəhəng şirkətlərin və hökumətlərin cəzalandırılmasına nail olmaq istəyir, bəziləri isə xaker olmanın sadəcə əyləncəli olduğunu düşünürlər.


Tanınmış antivirus şirkəti “Dr.Web” Azərbaycan bazarına daxil olmaq istəyir

22-04-2011

Xeberler.az portalının verdiyi məlumata görə, şirkətin tərəfadaşları ilə iş şöbəsinin müdiri Dennis Karavaeva iki il ərzində Azərbaycan bazarında öz sözlərini demək istədiklərini söyləyib: “Biz bütün bazar seqmentlərini əhatə etmək niyyətindəyik. Artıq bir çox şirkətlərlə, provayderlərlə müqavilələrimiz var. Mobil rabitə sektorunda və təhsil sahəsində də, müəyyən yer tutmaq istəyirik”.

Wi-Fi və WLAN - ARAŞDIRMA

20-04-2011

Son zamanlar şəhərin müxtəlif yerlərində "Wi-Fi"deyilən bir söz birləşmələrinə rast gəlirik. Oxunuşu ana dilimizə "Vay-Fay" kimi tələffüz edilir. Bəs Wi-Fi nədir? Bu haqda nələri bilməliyik?


Azərbaycanda “kontur” sözü tarixə çevriləcək

16-04-2011

Bir neçə ay bundan əvvəl rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxışında Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları tənqid edərək onlardan bəzilərinin hələ də kontur sistemindən manat-əsaslı ödəmə sisteminə keçməmələrini pislədi.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı daha bir sayt yaradılır

15-04-2011

Trend-in məlumatına görə, bunu korrupsiyaya qarşı mübarizə üzrə forumdakı çıxışı zamanı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibliyinin rəhbəri İmran Kərimov deyib. Onun sözlərinə görə, /muraciet.az/ saytı yaxın gələcəkdə fəaliyyətə başlayacaq.


Təhsil işçilərinin “Elektron şəxsi iş”ləri hazırlanıb

11-04-2011

2010-2011-ci tədris ilində Təhsilin İdarə Olunmasının Məlumat Sistemi (TİMS) proqramına bir sıra əlavələr və dəyişikliklər edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, TİMS proqramı daxilində yer alan kadrlar səhifəsində ayrı-ayrı məktəblərdə fəaliyyət göstərən hər bir kadrın “Elektron şəxsi iş”i hazırlanıb.

Onlayn alış-veriş: satan razı, bəs alan?- Araşdırma

28-03-2011

Türkiyənin “Cocuklar duymasın” serialını izləyənlər bilər: Haluk obrazının ən çox qıcıqlandığı məsələlərdən biri də onlayn (on-line) alış-verişdir. Bir qədər köhnə fikirli, ənənələrə sadıq adam olan Halukun düşüncəsinə görə, malı alarkən onu “əlləmədinsə”, o tərəf-bu tərəfinə çevirib baxmadınsa, o alış-verişin dadı-duzu olmur. Maraqlıdır, onlayn alış-veriş edənlər bu barədə düşünürlərmi və ya aldıqları, yəni sifariş etdikləri malı neçə seçirlər? Ən əsası, online alış-veriş nə deməkdir və avantajları nədir?


"Error" səhifələr - ARAŞDIRMA

25-03-2011

İnternetdən istifadə edərkən bəzən daxil etdiyimiz veb-səhifələr açılmır. Səhifə "error" (xəta, səhv) nəticəsini verir. Bu, müxtəlif səbəblərdən olur. Bu səbəbləri müəyyən etsək, yaranmış problemi aradan qaldıra bilərik. Beləliklə, internetdə ən çox rastlanan "error"lar:

İcra Hakimiyyətləri kompüterlərdən niyə qorxur?

13-03-2011

Həyatı kompütersiz və internetsiz təsəvvür etmək çətindir. Sosial şəbəkələr cəmiyyətin inkişafına güclü təsir edir. Bu baxımdan Azərbaycan əyalətlərində vəziyyət necədir? Bu suala cavab tapmaq üçün rayon icra hakimiyyətlərinə üz tutmağa başladıq. Məlum oldu ki, rayon icra hakimiyyətlərin təsis etdikləri qəzetlərin saytı və elektron ünvanları belə yoxdur. Rayonlarda ayrı-ayrı adamların saytı olduğu halda elə icra hakimiyyətləri var ki, saytları yaradılmayıb.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə