«Hazırda Azərbaycanda genişzolaqlı, yəni yüksək sürətli internetə çıxış texnologiyası üçün strategiya hazırlanır». Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Nazir qeyd edib ki, hazırda əsas məqsəd informasiya texnologiyalarını daha da inkişaf etdirməkdir: «Hazırda bütün dünyada bu proses gedir. Bu gün Azərbaycanda yüksək sürətli internet istifadəçilərinin sayı 12%dir. Bu
Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti müştərilərinə "Daha yaxın olaq" fəlsəfəsinə sadiq qalaraq daima inkişaf edir. Bu strategiyaya uyğun olaraq, Bakcell yeni Dilerlər Vasitəsilə Müştəri Xidməti və Gold Satışı layihəsinə başlayıb. Bakcell müştəri xidmətləri məntəqələrinin sayını artırıb. İndi Bakcell abunəçiləri Azərbaycan üzrə 96 satış nöqtəsində şirkətin xidmətlərindən istifadə edə bilər. Bu satış məntəqələrinin 29-u Bakıda, 67-si
Bu ilin sonunda Azərbaycanın bütün ATS-lərinin elektronlaşdırılması prosesi tam başa çatdırılacaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Nazirin sözlərinə görə, Azərbaycan keçmiş SSRİ məkanında bu yeniliyi bütün respublika ərazisində həyata keçirən ilk ölkə olacaq: «Hələ 2008-ci ilin noyabrında bəyan etmişdik ki, keçmiş Sovet məkanında ilk dəfə olaraq
Gün ərzində dünya üzrə milyonlarla sənəd, çox vaxt buna xüsusi zərurət olmadan çapa verilir. Ofis işçilərinin, eləcə də personal kompüterlərin ev istifadəçilərinin bu cür “qeyri-ekoloji” hərəkətlərinin qarşısını almaq üçün Ümumdünya Vəhşi Təbiət Fondunda (WWF) yeni fayl formatı yaradılıb.
YouTube portal yeni MyYouTube müsabiqəsi elan edib. Müsabiqəyə çoxsaylı ulduzlar qatılıb.
Facebook hakerlər arasında Hacker Cup müsabiqəsini keçirməyə hazırlaşır. Qeyd edək ki, müsabiqənin iştirakçılarına proqram və servislərdə mövcud olan boşluqları müəyyən etmək tapşırılmayacaq. Onlar mürəkkəb alqoritmik məsələlərin həllində öz bacarıqlarını nümayiş etdirəcəklər.
YouTube videoservisi istifadəçilər tərəfindən daxil edilən videoçarxlara dair tətbiq etdiyi məhdudiyyəti götürüb.
Maliyyə böhranı KİV bazarının inkişafına dəyişikliklər edib. İndi getdikcə daha çox redaksiya öz materiallarının internetdən pulla oxunmasını tətbiq etməyə başlayıb. Britaniyanın “The Daily Telegraph” və “The Sunday Telegraph” qəzetlərinin sahibi “Telegraph Media Group” şirkəti gələn ildən etibarən adı çəkilən qəzetlərdəki bəzi məqalələrin yalnız pulla olunmasına icazə verəcək.
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) internet provayder şirkəti olan «Uninet» MMC-nin keçirdiyi uduşlu kampaniyasının qeyri-qanuni olduğunu bildirib. QKDK-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, Komitə «Lotereyalar haqqında» qanun və öz əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini həyata keçirir.
“Wikileaks” veb səhifəsini dəstələyən hakerlər onlayn mübarizələrini davam etdirərək Paypal və Amazona hücumlarını genişləndiriblər. Onlar bu saytları internetdə informasiya azadlığına qarşı fəaliyyət göstərməkdə ittiham edir. “Anonim” adlı haker qrupu Twitter sosial şəbəkəsi vasitəsilə tərəfdarlarını Paypal və Amazonun fəaliyyətində problemlər yaratmağa istiqamətləndirib.
2015-ci ildə mobil telefonlar vasitəsilə reklam xərcləri 11 mlrd. dollara çatacaq. Bu barədə “Juniper Research” şirkətinin araşdırmalarına istinadən “Business & Leadership” portalı məlumat yayıb. Məlumata görə, bu il mobil reklam xərcləri 3,1 mlrd. dollar olub. Başqa sözlə, qarşıdakı 5 ildə bu rəqəmin 4 dəfəyədək artması gözlənilir.
Mobil telefon və selskopla çəkilən 9 millimetrlik ən kiçik personaj Məşhur “Wallace & Gromit” cizgi filminin yaradıcıları indi də Nokia N8 smartfon və selskop vasitəsilə dünyanın ən kiçik kukla animasiya filmini yaradıblar. Aardman Britaniya studiosunun animatorları 9 mmlik “Dot” adlı balaca qızcığazın manipulyasiya etməsi üçün 3D printerindən istifadə edərək, onun, nə az nə çox, düz 50 müxtəlif versiyasını çəkiblər.
Küveyt hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki ofisini bağlayıb. Bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat verib. Bağlanan telekanalın jurnalistlərinin akkreditasiyaları da ləğv edilib. Küveyt hökuməti telekanalın hansı səbəbdən bağlandığı barədə açıqlama verməyib
Minskdə (Belarus) Regional Rabitə Birliyinin (RRB) işçi qrupunun növbəti toplantısı keçiriləcək. Dövlət Radiotezliklər İdarəsindən (DRİ) verilən məlumata görə, dekabrın 14-17-də orta-uzun diapazonda olan tezliklərin səmərəli istifadəsi ilə bağlı RRB-nin işçi qrupunun 4-cü iclası keçiriləcək.
Azərbaycan əraziləri yenə də xəritədə təhrif olunub. Bu dəfə İngiltərənin ən reytinqli nəşrlərindən biri “Dailymail”də. Belə ki, bu, \"Qəbələ\" futbol klubunun yeni baş məşqçisi ingilis Toni Adamsla bağlı hazırlanan müsahibə zamanı baş verib. Məlumat üçün deyək ki, İngiltərənin ən çox oxunan bu saytında əsasən, siyasi, idman,
«Wikileaks» saytının qurucusu Culian Asanjın həbsinə və onun saytına qarşı təzyiqlərə etiraz əlaməti olaraq naməlum hakerlər İsveç hökumətinin rəsmi saytına basqın edərək saytı sıradan çıxarıblar və yenidən qayıdacaqları barədə xəbərdarlıq ediblər. İsveç hökumətinin «regeringen.se» adlı rəsmi saytı bir neçə saat ərzində oflayn vəziyyətdə qalıb və istifadəçilər yalnız «saytı açmaq mümkün deyil» qeydi ilə üzləşiblər.
Xeberler.az Yeni Çağ informasiya agentliyinə istinadən xəbər verir ki, Macarıstanda məhbəsdə yatan qəhrəmanımız Ramil Səfərovun internet səhifəsi erməni xakerlərin hücumuna məruz qalıb. www.ramilsafarov.org saytına daxil olanda http://www.rudespace.com/ saytına keçid alır.
Azərbaycanın Meksikadakı səfirliyi Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə onun həyat və fəaliyyətinə həsr edilmiş ispan dilində internet səhifəsi hazırlayaraq geniş ispandilli ictimaiyyətin diqqətinə təqdim edib. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, www.heydar-aliyev.mx
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları