Autsoursinq-in aktiv şəklidə inkişaf etməyi şirkətlərə büdcə qənaətində böyük üstünlüklər verir.
Rabitə və İnformasiya Texnologiya Nazirliyi iddia edir ki, Azərbaycanda internet xidmətlərinin orta qiymətləri region dövlətlərində tətbiq olunan orta qiymətlərlə eyni səviyyədədir. Nazirlik bildirir ki, Azərbaycanda ADSL texnologiyasına qoşulmaqla saniyədə 1 Mb-dək surətlə limitsiz internet xidmətinə görə aylıq ödəniş 20-50 manat arasında dəyişir. Bu götərici qonşu Gürcüstanda 30-50, Ermənistanda 70, Ukraynada 50-110, Belarusda 130-200, Moldovada 20, Rusiyada 30, Qazaxıstanda isə 85 manat təşkil edir.
Google, Yahoo və Microsoft ABŞ-ın ən məşhur video icarə portalı olan Hulu-nu almaq üçün danışıqlara başlayıblar.
Google-un rəsmi tarif istifadəsi qrafiklərinin analizi zamanı məlum olub ki, Azərbaycanda google-dan istifadə faizi yüksək olsa da müxtəlif servislərdən istifadədə kəskin fərqlər var.
Azərmarka şirkəti Eurovision 2011 mahnı müsabiqəsinə həsr edilmiş poçt markası təqdim edib.
Bu gün verilən rəsmi açıqlamalara görə Samsung GALAXY S II-nin satışı 3 milyona çatıb. Telefon son 55 gündə bu rəqəmə nail olub.
Facebook və Google+ arasında artıq başlanmış rəqabətə baxmayaraq artıq bu sosial şəbəkəlrin inteqrasiyası üçün müəyyən addımlar atılır. Yeni Google Chrome əlavəsi bu işi daha da asanlaşdırır.
2011-ci il avqust ayının 1-dən etibarən Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün yeni zona kodlarının tətbiqinə başlanması planlaşdırılır. Bu barədə məlumat Rabitə və İnformasiya Nazirliyinin rəsmi saytında yer alıb.
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti, Alcatel-Lucent Azərbaycan ve Junior Achievement Azərbaycan (JAA) təşkilatı ilə əməkdaşlıqda “Mobil Telekommunikasiya Biznesinə Giriş” (İMTB) proqramını davam etdirməkdədir. 2010-cu ilin sentyabr ayında başlayan proqram, texniki sahə üzrə təhsil alan 45 tələbəyə işə hazırlıq, biznes etika və mobil telekommunikasiya sənayesi üzrə ixtisaslaşmış təlimlər keçərək, əldə edilmiş biliklərin Bakcell və Alcatel-Lucent şirkətlərində təcrübə yolu ilə tətbiq edilməsini təmin edir. Proqram Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilir.
4 iyul 2011-ci il tarixində saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda dəyirmi masa keçiriləcək. Tədbir Azərbaycanda ilk dəfə canlı Twitter konfrans formatında aparılacaq.
Facebook sosial şəbəkəsində Azərbaycanlı istifadəçilərin sayı durmadan artır. Bu artımı həm internetdən istifadənin genişlənməsi həm də yalançı profillərlə əlaqələndirmək olar.
Google+ sosial şəbəkəsi öz fəaliyyətinin test dövründə maraqlı üsuldan istifadə edirdi. Belə ki, siz sayta daxil olaraq adınızı və e-poçt ünvanınızı yazırdınız. Google isə sizə müəyyən müddət sonra dəvət göndərirdi.
İyulun 1-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin elektron idarəetmə sisteminin və yenilənmiş internet səhifəsinin təqdimatı keçirilmişdir. Tədbirdə çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məqsədyönlü islahatlar, irimiqyaslı layihələr ölkə iqtisadiyyatının dinamik inkişafını, əhalinin rifahının yüksəlməsini, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmişdir.
Logitech yeni simsiz klavyaturanı təqdim edir. Wireless Keyboard K360 markalı klavyatura hər növ komputerlərdə istifadə oluna bilər.
Azərekspresspoçt Rabitə Müəssisəsi yeni xidmət növünün tətbiqinə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar və ölkədə sahibkarlığın sürətlə inkişaf etdirilməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə tətbiq edilən sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “Bir pəncərə” prinsipinin davamı olaraq E-qeydiyyat Vergilər Nazirliyi tərəfindən həyata keçirilən mühüm layihələrdən biridir.
NMR İqtisadi İnkişaf Nazirliyi elektron sənəd dövriyyəsi sisteminin tətbiqi üzrə işlər aparır.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Elektron hökumət"in qurulması Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında qarşılıqlı əlaqənin təmin olunması üzrə işləri başa çatdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü rabitə və informasiya texnologiyaları nazirini müavini Elmir Vəlizadə bildirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları