Samsung şirkəti fevralın 24-də 8 düymlü Galaxy Note 8.0 planşet kompüterini rəsmən təqdim edib. Qurğu fevralın 25-də Barselonada keçiriləcək Mobile World Congress sərgisində nümayiş olunacaq.
Planşet 1,6 giqahers takt tezlikli dördnüvəli Cortex-A9 prosessor, 2 giqabaytlıq operativ yaddaş və 16-32 giqabaytlıq daxili yaddaş (həmçinin microSD kartı üçün slot da nəzərdə tutulub) ilə təchiz edilib, ekranın təsvir ölçüsü isə 1280x800 meqapiksel təşkil edir. Galaxy Note 8.0-in çəkisi 338 qram olmaqla Android 4.1.2 əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Planşetin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, ondan həm telefon, həm də Galaxy Tab 7.7 planşeti kimi istifadə etmək olar.
Galaxy Note 8.0-in 2013-cü ilin aprel-iyun aylarında satışa çıxarılacağı gözlənilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri