Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi yeni hazırladığı «Evə zəng» danışıq sisteminin testləşdirilməsini dayandırıb. «Aztelekom»dan «APA-ECONOMICS»ə verilən məlumata əsasən, hazırda testlərin nəticələri təhlil olunur və bunun əsasında yeni xidmətin səmərəliliyi müəyyənləşdiriləcək.
Xatırladaq ki, xidmət müştəriyə şəhərlərarası danışıq haqqının zəng olunanın hesabına ödənilməsini nəzərdə tutur. Bunun üçün abunəçi «125» nömrəsini yığaraq, anonsa uyğun olaraq əvvəlcə * düyməsini, sonra şəhər (kənd) kodunu, telefon nömrəsini, təsdiq üçün # düyməsini daxil edir və qoşulmanı gözləyir. Bu zaman danışıq haqqının zəng olunanın hesabına ödəniləcəyi haqda zəng olunana avtomatik məlumat verilir və o, gələn zəngin haqqını ödəməyə razı olduğunu 2 dəfə * düyməsini daxil etməklə bildirdikdə, qoşulma baş verir və danışıq aparılır. Sonda danışıq haqqı zəng edilən abunəçinin hesabına yazılır.
Qeyd edək ki, fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə rabitə və infokommunikasiya texnologiyalarının müxtəlif xidmətlərini göstərən «Aztelekom» İB 1992-ci ilin avqust ayında yaradılıb. Birlik öz tabeliyində 57 yerli telekommunikasiya müəssisəsi, Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS), 5650 saylı obyekt və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir. APA
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri