Previous Next
Bağla

«Başqa seçimim olmadığına görə Bakinternetin dəcəlliklərinə, saymazlığına dözməli oluram».

26-09-2010 12:25
«Başqa seçimim olmadığına görə Bakinternetin dəcəlliklərinə, saymazlığına dözməli oluram».

Xəbər verdiyimiz kimi, ayın 24-ü saat 22.30-dan etibarən Bakinternet Provayderinin müştəriləri İnternetdən istifadə edə bilməyiblər. Bu da istifadəçilər haqlı narazılığına səbəb olub. Xeberler.az saytı da bu problemlə bağlı Bakinternet istifadəçilərinin fikrini öyrənib. 

Tural Seyidov (Müəllim) : Mən başa düşürəm, ola bilər ki, nəsə problem çıxıb. Əgər problem varsa, bunu saytda yazsınlar da. Saytda yazmırlarsa, telefonumuza cavab versinlər, camaatı bu qədər dolamaq olmaz axı… Şikayət edəndə deyirlər ki, xoşuna gəlmir işlətmə. Amma pulu hamıdan birinci alırlar. Bu da onların abunəçiyə hörməti.

Elbəy Mustafayev (Tələbə) : Mən artıq bezmişəm Bakinternetin bu oyunlarından, nə qədər olar axı, vAllah adamı peşman edirləree, bir Allah bilir ki, iki gün öncə mən nə qədər əsəb keçirdim. Evə yorğun-arğın gəlirəm. İstəyirəm internetə girib biraz vaxt keçirim, amma bakinternet buna imkan vermir. Mən də belə hallar tez-tez təkrarlanır, şənbə-bazar günləri isə ümumiyyətlə, ən zəif saytı belə açmaq olmur. Bilmirəm nə edim, heç olmasa bizimkilər qonşu Gürcüstana baxsın da, artıq dünyada internet insanların hüququna çevrilir, bizdə isə... Türk demişkən, gözləyək görək kim bu haqsızlığa dur deyəcək.

Faiq Sədiyev (biznesmen) : Nə bilime tək Bakinternet belə deyil ki, bütün provayderlər keflə işləyirlər, istifadəçiləri düşünən var ki? Mən bu yaxınlarda provayderi dəyişəcəm. Mənə bir adam desin ki, hansı provayderi seçim? Özdə ən biabırçı tərəfi odur ki, Bakinternet dövlət provayderidir, o zaman mən özəllərdən nə gözləyim?

Vüsalə Ağayeva (jurnalist) :Artıq 2 ildir ki, Bakinternetin abunəçisiyəm. Həmişə də şikayətlərim çox olub. Göstərilən sürəti almıram. Xəttlərdə tez-tez qırılmalar olur. Zəng eləyib şikayət edəndə ATS provayderin, provayder ATS-in üstünə günahı atır. Əsəbləri korlanan yenə də mən oluram.
Şənbə və bazar günləri isə internetin sürəti lap aşağı yenir, elə bil dial up-la qoşulmuşam. Hava küləkli olanda internet də oynayır, siqnal gah gəlir, gah gedir. Provayder şikayətlərə çox etinasız yanaşır. Marketinq xidmətinə zəng edəndə isə telefonu götürmürlər. Bu provayder abunəçilərin əsəblərini korlamaqla məşğuldur. Mənim isə başqa seçimim olmadığına görə Bakinternetin dəcəlliklərinə, saymazlığına dözməli oluram.

Hacıbəy Heydərli

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakinternet dövlət provayderi istifadəçilərin hüquqlarını kobudcasına pozub

Bakinternet dövlət provayderi istifadəçilərin hüquqlarını kobudcasına pozub

25-09-2010
İnternetdə sürət problemi

İnternetdə sürət problemi

17-06-2010
Bakinternetdə də ADSL qiymətlərində endirim gözlənilir

Bakinternetdə də ADSL qiymətlərində endirim gözlənilir

06-09-2011
Osman Gündüz:“Bakinternet və Aztelekom dərhal özəlləşməlidir”

Osman Gündüz:“Bakinternet və Aztelekom dərhal özəlləşməlidir”

30-10-2010
MTV-Azərbaycan açılmayacaq

MTV-Azərbaycan açılmayacaq

11-10-2010
«Bakinternetin istifadəçilərə qarşı bu cür məsuliyyətsiz və sayğısız  münasibət  göstərilməsi yolverilməzdir»

«Bakinternetin istifadəçilərə qarşı bu cür məsuliyyətsiz və sayğısız münasibət göstərilməsi yolverilməzdir»

25-09-2010
Nə üçün İnternet qiymətləri bahadır  və nə üçün İnternet keyfiyyətsizdir ?

Nə üçün İnternet qiymətləri bahadır və nə üçün İnternet keyfiyyətsizdir ?

18-02-2014
“İnternet ancaq uşaqlar üçün məhdudlaşdırıla bilər”

“İnternet ancaq uşaqlar üçün məhdudlaşdırıla bilər”

13-03-2013
Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013
Nazirlər bloqqer olacaqlar

Nazirlər bloqqer olacaqlar

14-01-2009
Azərbaycan internet xidmətləri provayderlərinin reytinqinə yeni provayder daxil olub

Azərbaycan internet xidmətləri provayderlərinin reytinqinə yeni provayder daxil olub

04-04-2014
“Azərbaycanda internetə senzura tətbiq edilir”

“Azərbaycanda internetə senzura tətbiq edilir”

12-09-2016
Bu dəfə də Uninet istifadəçiləri internetsiz qoydu

Bu dəfə də Uninet istifadəçiləri internetsiz qoydu

08-07-2011
“Telekanallara inzibati metodlar tətbiq olunacaq”

“Telekanallara inzibati metodlar tətbiq olunacaq”

13-11-2009
Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

26-10-2010
İnternet qiymətləri yenə aşağı düşəcək?!

İnternet qiymətləri yenə aşağı düşəcək?!

21-04-2009
Özəl provayderlər tarifləri endirməyə tələsmirlər

Özəl provayderlər tarifləri endirməyə tələsmirlər

13-06-2010
“Azərbaycanda “facebook” təhlükəsi var”

“Azərbaycanda “facebook” təhlükəsi var”

11-03-2013
İki agentlik arasındakı qarşıdurma ekspertlərin şərhi ilə

İki agentlik arasındakı qarşıdurma ekspertlərin şərhi ilə

19-06-2009
Azərbaycan Internetinin keyfiyyəti ilə  bağlı  keçirilən  sorğunun nəticələri açıqlanıb

Azərbaycan Internetinin keyfiyyəti ilə bağlı keçirilən sorğunun nəticələri açıqlanıb

29-04-2010
Çəkidə aldadan internet şirkətləri

Çəkidə aldadan internet şirkətləri

10-07-2019
Internet provayderlərdə qiymət endirimi əksər müştərilərin tələbatlarına uyğun deyil

Internet provayderlərdə qiymət endirimi əksər müştərilərin tələbatlarına uyğun deyil

17-02-2009
Məktəbilər internetdən nə məqsədlə istifadə edir?

Məktəbilər internetdən nə məqsədlə istifadə edir?

02-09-2010
Ölkədə internet istifadəsində yaranan problemlər

Ölkədə internet istifadəsində yaranan problemlər

06-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə