Previous Next
Bağla

Azərbaycan Internetinin keyfiyyəti ilə bağlı keçirilən sorğunun nəticələri açıqlanıb

29-04-2010 04:25
Azərbaycan Internetinin keyfiyyəti ilə  bağlı  keçirilən  sorğunun nəticələri açıqlanıb

AİF prezidenti Osman Gündüz ölkədə internetin keyfiyyəti  məsələsinin cari ildə AİF tərəfindən prioritet kimi qəbul edildiyini bildirib. Bu istiqamətdə AİF tərəfindən təkliflər  paketinin hazırlandığını, sistemli  formada tədbirlərin həyata keçiriləcəyini  qeyd edib. Artıq bununla  bağlı zəruri informasiyaların açıqlanması məqsədilə  RİTN və Delta Telekom şirkətlərinə də rəsmi sorğuların göndərildiyi vurğulanıb. AİF prezidenti həyata keçirilən sorğunun da məhz ölkə internetindəki real vəziyyəti aşkara çıxarmaq , mövcud vəziyyət və keyfiyyətin yaxşılaşdırılması istiqamətində atılacaq addımlarla ictimaiyyəti tanış etməkdən ibarət olduğunu qeyd edib


AİF üzvü, Parketinq.com saytının rəhbəri İlqar Mirzə keçirilən sorğunun  nəticələri ilə ətraflı şəkildə media iştirakçılarını  tanış edib.  O, Bakı, Sumqayıt, Xırdalan və digər regionlardan 400 ADSL istifadəçi arasında keçirilən sorğuinun nəticələri haqqında aşağıdakıları açıqlayıb.

Belə ki, Bakıdan sorğuda iştirak edənlər ümumi iştirak edənlərin 82%-ini təşkil edib. Bu o deməkdir ki, hər 5 nəfər ADSL istifadəçisindən 4-dü Bakı sakinidir. Sorğuda İnternetin keyfiyyəti, qiyməti, qırılmalar, qoşulma, müştəri xidmətləri faktorları nəzərə alınıb. Respondentlərin 20% Bakinternet istifadəçisidir, digərləri isə Connect (17%), Uninet Stream (16%), Azeronline (14%),Ultel (8%) və Aztelekom (7%) istifadəçiləri olublar.

 

İnternetin keyfiyyəti məsələsində respondentlərin 20,8%-zi internetin keyfiyyətindən razı olduqlarını bildirsə də, 44,5% İnternetə qoşulmaqda bəzi problemlərlə qarşılaşdığını, 34,7% isə tamamilə narazı olduqlarını qeyd ediblər. Bakinternet istifadəçilərinin demək olar ki, yarısı (47%), Aztelekom müştərilərinin 45%, Ultelin isə 39% müştərisi xidmətdən qətiyyən razı deyil. Aztelekomdan isə bütün müştərilər narazıdırlar.

 

İnternetin sürətindən narazı olanlar isə 57% təşkil edir və onlar müqavilədə göstərilmiş sürəti almadıqlarını, 51%-i internetin tez-tez qırıldığını, 36%-i qiymətlərin bahalılığını, 31%-i isə müştəri xidmətlərindən və texniki dəstəyin aşağı səviyyədə olmasından narazılıqlarını bildiriblər. Qırılmalardan ən çox şikayətlənən Bakinternet, Connect, Ultel və Dataplus provayderlərinin müştəriləri olub. Razılaşdırılmış sürəti verməyən almayanlar isə  Aztelekom (70%), Uninet-Stream (62%), Azeronline (62%) və Bakinternet (61%) müştəriləridirlər.

 

Müştəri xidmətlərinin səviyyəsinə görə ən son yerdə Bakinternet durur. Ondan sonraisə Ultel, Aztelekom və Dataplus provayderləridir. Azeronline və Superonline-nın müştəriləri isə digər provayderlərə nisbətən daha yüksək nəticələr göstəriblər.

 

İnternetə qoşulmaya gəldikdə isə müştərilərin 15%-i narazılıqlarına bildiriblər. Bu işdə ən az şikayət olunan dövlət provayderi olan Aztelekom və Bakinternetdir, özəl provayderlərdən isə Ultel və Uninet Streamdir. Bu da özəl provayderlərin öz şəsxi ATS-ləri olmasından irəli gəlir. Müştərilərin internetini ən gec qoşan provayderlər isə Superonline və Dataplusdur.

 

Ümumiyyətlə insanların provayderləri necə seçdiklərinə gəldikdə isə respondentlərin istifadə etdiyi provayderi seçimləri olmadığı üçün seçdiklərini bildiriblər. Bunlar 63% Dataplus, 59% Aztelekom, 49% Bakinternt və 36% Ultel müştəriləridirlər. Bu rəqəmlər göstərir ki, bəzi ATS-lərdən ancaq dövlət provayderləri istifadə edə bilirlər.

AİF
492 44 44
www.aif.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan internet xidmətləri provayderlərinin reytinqinə yeni provayder daxil olub

04-04-2014

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013

Azərbaycanın dövlət internet-provayderləri internet qiymətlərini endiriblər

02-10-2009

BAKİNTERNET VƏ AZTELEKOM İNTERNET QİYMƏTLƏRİNİ 2,5 DƏFƏ ENDİRDİLƏR

26-01-2009

AİF ölkədə internetin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir

14-04-2010

İnternetdə sürət problemi

17-06-2010

Internet provayderlərdə qiymət endirimi əksər müştərilərin tələbatlarına uyğun deyil

17-02-2009

Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri araşdırılıb

29-01-2014

Özəl provayderlər tarifləri endirməyə tələsmirlər

13-06-2010

Osman Gündüz:“Bakinternet və Aztelekom dərhal özəlləşməlidir”

30-10-2010

RİTN-nin məhkəməyə verilməsi məsələsi AİF-in gündəmindədir

02-06-2010

Ölkədə İnternet xidmətləri nə üçün keyfiyyətsizdir ?

14-10-2010

Nə üçün İnternet qiymətləri bahadır və nə üçün İnternet keyfiyyətsizdir ?

18-02-2014

İnternet trafikin həcmi aşağı düşüb

18-08-2015

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010

Yeni mövsüm ADSL provayderlərin qiymət endirimləri ilə başlayır

06-09-2011

İnternet-trafikin həcmi rekord həddə çatdı - Hesabat

08-11-2015

Azərbaycanda İnternet qiymətləri istifadəçiləri qane etmir

06-06-2010

Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

29-03-2015

Azərbaycanda internet qiymətlərindəki dəyişiklik hiss olunmayacaq dərəcədə cüzidir

08-12-2008

Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

20-04-2016

İnternet-trafikin həcmi rekord göstəriciyə çatdı

11-05-2015

İnternet qiymətləri kəskin düşərsə AİF, RİTN qarşısında piket keçirməkdən imtina edə bilər

22-01-2009

Azərbaycan İnternet Forumunun açıqlaması

06-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə