Previous Next
Bağla

«İnternet pulsuz olmalıdır»

18-09-2010 02:02
«İnternet pulsuz olmalıdır»

Qlobal Şəbəkənin ixtiraçısı hesab olunan Tim Berners Li internetə çıxışı tam pulsuz etməyə çağırıb.


Londonda keçirilən Nokia World konfransında çıxış edən alim xatırladıb ki, hazırda Qlobal Şəbəkədən Yer Kürəsinin hər beşinci sakini istifadə edir. Mobil rabitə şəbəkələrinin geniş yayılması qalan 80 faizin də şəbəkə xidmətlərindən yararlanmaq imkanı olacağına ümid verir. Lakin çoxlarının buna maddi imkanı yoxdur. “Əvvəl mən deyirdim ki, insanları su və tibbi yardımla təmin etmək, və bütün bunlardan sora internet kimi bu cür sərvət vermək lazımdır. Əslində isə bu bir qədər belə deyil. Şəbəkə elə həmin tibbi xidmət üçün olduqca faydalı ola bilər. Həmin tibbin səviyyəsi Qərb ölkələrindən xeyli aşağı olsa belə, hazırda bir çox inkişaf edən ölkələrdə müşahidə olunan səhiyyə vəziyyəti ilə müqayisədə olduqca yüksək olacaq. Bundan əlavə yerli əhali həyatlarının ən müxtəlif sahələri barədə belə fikir mübadiləsi apara bilər. İnformasiya cəmiyyətindən kənarda qalmaq – ciddi çatışmamazlıqdır”, - deyə T. Berners Li qeyd edib.

Hökumətlər zəif keçirtmə qabiliyyətli genişzolaqlı çıxış üzrə xidmətlərin göstərilməsini vergidən azad etməlidir, operatorlar isə bu cür xidmətləri pulsuz təqdim etməlidir.
İnternetin yaradıcısının bu fikirləri bu yaxınlarda Qlobal Şəbəkəyə çıxışın insanın universal hüququ olmasının vacibliyi haqqında bəyan edən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi (BTİ) Hamadun Turenin mövqeyi ilə üst-üstə düşür.

BTİ-nin baş katibi qeyd edib ki, buna baxmayaraq səlahiyyətli təşkilatların rəhbərlikləri internetin kasıb ölkələrin inkişafında böyük rolunu qəbul etsələr də əsas prioritetin digər istiqamətlərə (içməli su və s.) verilməsini daha vacib hesab edirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yer Kürəsi əhalisinin üçdə biri internetə qoşulacaq

20-10-2010

“Dayanıqlı inkişaf naminə genişzolaqlı rabitə”

14-05-2014

"İnternetin atası” şəbəkə konstitusiyasını qəbul etməyi təklif edib

12-03-2014

Bakıda QİƏT-ə üzv-ölkələrin İT nazirlərinin toplantısı keçirilib

04-11-2009

AZƏRBAYCANIN NÖVBƏTİ UĞURU: Ölkəmiz genişzolaqlı internetin inkişafı sahəsində gördüyü işlər üzrə dünyanın bir sıra ölkələrini geridə qoyub

07-10-2013

Finlər genişzolaqlı internetə çıxış hüququ qazanıblar

02-07-2010

Nokia hər kəsi sevindirəcək :-)

15-12-2008

Rabitə və informasiya texnologiyaları naziri BTİ-nin Səlahiyyətli Konfransının işinə qatılıb

11-10-2010

“Facebook internetin gələcəyinə təhlükə yaradır”

01-12-2010

Londonda simsiz internetə sərbəst çıxışlı böyük zona yaradılacaq

10-01-2012

İKT-də qadınlar və qızlar

16-04-2012

Virtual dünyanın optimist və pessimist inkişaf yolları araşdırılıb

01-09-2010

Internet ixtiraçısı Internet Explorer-in nöqsanlarını açııqladı

12-09-2008

İnternetin pulsuz olduğu şəhər

19-12-2008

İnternet uğrunda mübarizə

17-05-2010

Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

27-05-2015

Internet haqqında müqavilə layihəsi təqdim edildi

21-09-2010

Hökumət facebook-dan nə istəyir?

08-05-2013

Google BMT-yə qarşı çıxdı

20-12-2010

İran qlobal şəbəkədən ayrılır

10-04-2012

Azərbaycan genişzolaqlı internetin inkişafına görə MDB-nin lideridir

31-10-2014

İnternetin yaradıcısı nüfuzlu mükafata layiq görülüb

05-04-2017

Beynəlxalq Telekommunikasiya İttifaqı 150 illiyini qeyd etdi

19-05-2015

Rusiya internetin BMT səviyyəsində tənzimlənməsi təşəbbüsü ilə çıxış edir

11-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə