Previous Next
Bağla

“Anthropic”in səhmlərinin qiyməti ilkin kütləvi təklif qiymətindən aşağı düşüb

24-11-2026 19:11
“Anthropic”in səhmlərinin qiyməti ilkin kütləvi təklif qiymətindən aşağı düşüb

“Anthropic” şirkətinin səhmləri birjaqabağı əməliyyatlarda ilkin kütləvi təklif (IPO) qiyməti olan 83 dollardan aşağı enib. Beləliklə, şirkətin rekord həddə çatan səhmlərinin ilkin kütləvi təklifinə böyük maraq göstərən investorların əldə etdiyi gəlirlər silinib.

Xeberler.az məlumat verir ki, Nyu-York birjasında günün erkən əməliyyatları zamanı şirkətin səhmləri 7,3 faizədək ucuzlaşaraq 81,28 dollara düşüb. Sonrakı əməliyyatlarda isə səhmlərin qiyməti dəyişkən dinamika nümayiş etdirib. Aparıcı süni intellekt şirkətinin birjada debütü investorlar tərəfindən böyük coşqu ilə qarşılanmış, səhmlərin qiyməti ticarətin ilk günündə qısa müddətə 100 dolları ötmüşdü.

Anthropic şirkətinin ilkin kütləvi təklifinə tələb təklif olunan səhmlərin sayını dəfələrlə üstələyib. 500 milyard dolları xeyli aşan investor tələbi şirkət və onun yeddi təsisçisi üçün ümumilikdə 119,5 milyard dollar gəlir təmin edib.

“Bloomberg”in məlumatına görə, “Anthropic”in IPO-su çərçivəsində səhm almaq üçün müraciət edən institusional investorların yarıdan çoxu istədikləri səhmləri əldə edə bilməyib. Səhm bölgüsündə əsas üstünlük ABŞ-də yerləşən investorlara verilib. Mənbələrin bildirdiyinə görə, təxminən 1200 institusional investor səhm almaq üçün sifariş təqdim edib.

Şirkətin proqram təminatı hazırlayan mütəxəssislər üçün təqdim etdiyi “Claude Code” kodlaşdırma agenti kimi məhsullarının sürətlə yayılması, eləcə də oktyabrın sonunda illik gəlir tempinin 81 milyard dollara çatması investorlar üçün əsas cəlbedici amillərdən olub.

Bununla belə, investorlar şirkətin 2045-ci ilədək təxminən 901 milyard dollara çatacağı gözlənilən öhdəlik götürülmüş xərclərini nəzərə almayıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Anthropic" bazar dəyərinə görə "SpaceX"i geridə qoyub

"Anthropic" bazar dəyərinə görə "SpaceX"i geridə qoyub

20-11-2026
“Meta” 95 milyard dollarlıq səhm satışı planlaşdırır

“Meta” 95 milyard dollarlıq səhm satışı planlaşdırır

26-10-2026
"SpaceX" IPO-dan əvvəl şirkətin bir səhminin qiymətini açıqlayıb

"SpaceX" IPO-dan əvvəl şirkətin bir səhminin qiymətini açıqlayıb

12-06-2026
İlon Mask tarixdə ilk trilyonçu olub

İlon Mask tarixdə ilk trilyonçu olub

12-06-2026
"SpaceX" səhmlərini mənfəətlə satmağı planlaşdırır

"SpaceX" səhmlərini mənfəətlə satmağı planlaşdırır

03-06-2026
"Anthropic" "SpaceX"in ən böyük müştərisi olub

"Anthropic" "SpaceX"in ən böyük müştərisi olub

30-10-2026
“SpaceX”in bazar dəyəri 400 milyard dollara çatıb

“SpaceX”in bazar dəyəri 400 milyard dollara çatıb

16-07-2025
İlon Mask trilyoner olmağı hədəfləyir

İlon Mask trilyoner olmağı hədəfləyir

02-04-2026
Apple səhmlərinin qiyməti iki dəfə enib

Apple səhmlərinin qiyməti iki dəfə enib

01-10-2008
Turbo.az, Tap.az və Bina.az-ın sahibi 1 milyard dollar əldə edib

Turbo.az, Tap.az və Bina.az-ın sahibi 1 milyard dollar əldə edib

23-01-2024
İlon Maskın sərvəti 400 milyard dolları ötüb

İlon Maskın sərvəti 400 milyard dolları ötüb

13-12-2024
Microsoft-un bazar dəyəri ilk dəfə 3 trilyon dolları keçib

Microsoft-un bazar dəyəri ilk dəfə 3 trilyon dolları keçib

25-01-2024
OpenAI 6 milyard dollarlıq səhm satışına hazırlaşır

OpenAI 6 milyard dollarlıq səhm satışına hazırlaşır

19-08-2025
“Google” süni intellektin inkişafına daha 80 milyard dollar yatıracaq

“Google” süni intellektin inkişafına daha 80 milyard dollar yatıracaq

03-06-2026
“SpaceX” şirkətinin səhmləri kəskin şəkildə ucuzlaşıb

“SpaceX” şirkətinin səhmləri kəskin şəkildə ucuzlaşıb

23-06-2026
Amazon Facebook-u geridə qoydu

Amazon Facebook-u geridə qoydu

02-08-2016
“Apple” “OpenAI” və “Anthropic”ə rəqib süni intellekt agenti hazırlayır

“Apple” “OpenAI” və “Anthropic”ə rəqib süni intellekt agenti hazırlayır

20-11-2026
“Microsoft” 60 milyard dollarlıq səhmləri geri almaq istəyir

“Microsoft” 60 milyard dollarlıq səhmləri geri almaq istəyir

17-09-2024
İlon Maskın sərvəti rekord həddə çatıb

İlon Maskın sərvəti rekord həddə çatıb

16-12-2025
İlon Mask dünyanın ilk trilyoneri ola bilər

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

07-11-2025
“Twitter” bahalaşır

“Twitter” bahalaşır

18-11-2013
İlon Mask bir gündə 29 milyard dollar itirib

İlon Mask bir gündə 29 milyard dollar itirib

11-03-2025
“Bitcoin”in ilin sonunadək 100 min dollara çatması ehtimalı 17 faiz qiymətləndirilir

“Bitcoin”in ilin sonunadək 100 min dollara çatması ehtimalı 17 faiz qiymətləndirilir

28-10-2026
İlon Mask “het-trik”ə imza atdı

İlon Mask “het-trik”ə imza atdı

21-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə