Türkiyənin İstanbul şəhərində Astana Dövlət Qulluğu Mərkəzinin və Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin birgə təşkilatçılığı ilə “Süni intellekt idarəçiliyi təcrübədə: Praktiki tətbiqlər, institusional potensial, innovasiyaların miqyaslandırılması və qlobal əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.
Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir çərçivəsində 10-dan çox ölkənin dövlət xidmətlərində innovasiyaların tətbiqi ilə bağlı uğurlu təcrübələri nümayiş etdirilib. Bununla yanaşı, süni intellekt agentlərinin dövlət xidmətlərinin göstərilməsi prosesində istifadəsinə, vətəndaş müraciətlərinin operativ cavablandırılmasına və xidmətlərin səmərəliliyinin artırılmasına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb.
Konfransda “ASAN xidmət” təcrübəsi, dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaların tətbiqi, süni intellektdən istifadə, xidmətlərin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə iştirakçı ölkələrin nümayəndələri və beynəlxalq ekspertlər məlumatlandırıblar.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları