Previous Next
Bağla

“Azərkosmos” Papua Yeni Qvineyanın meşə monitorinqini həyata keçirib

14-03-2025 19:20
“Azərkosmos” Papua Yeni Qvineyanın meşə monitorinqini həyata keçirib

“Azərkosmos”, Millətlər Birliyi Təşkilatı (The Commonwealth of Nations) ilə əməkdaşlıq çərçivəsində Papua Yeni Qvineyanın meşə monitorinqi proqramını həyata keçirib.

Xeberler.az məlumat verir ki, bu layihə meşə ehtiyatlarının qorunması və ekosistemlərin davamlı inkişafı məqsədilə icra olunub.

Monitorinqin əsas nəticələri:

- Layihə nəticəsində ölkə ərazisinin təxminən 79 faizini meşələrin əhatə etdiyi müəyyən olunub.

- Ağac tacının hündürlüyü 25 metr və daha yüksək olan meşə əraziləri ölkə üzrə ümumi meşə sahələrinin 65 faizini təşkil edir.

- Meşələrin mühüm hissəsinin (90.9 faizi) bitki örtüyü sıxdır və biokütlə vəziyyəti yaxşı hesab olunur.

Layihənin nəticələri ekosistemlərin mühafizəsi üçün sistemli və texnoloji yanaşmaların vacibliyini vurğulayır. Proqram çərçivəsində təqdim olunan ən son həllərdən biri də süni intellekt əsaslı platformanın yaradılmasıdır. Bu platforma peyk təsvirləri əsasında meşə monitorinqini həyata keçirərək risklərin vaxtında müəyyən edilməsinə imkan yaradacaq. Platforma yaxın aylarda istifadəyə veriləcək.

Qeyd edək ki, bu həftə Millətlər Birliyinin Günü (Commonwealth Day) qeyd olunur, müxtəlif dövlətlərin və millətlərin əməkdaşlığı vasitəsilə daha ədalətli və inkişaf etmiş cəmiyyətlərin qurulmasının vacibliyi bir daha vurğulanır.

Papua Yeni Qvineyanın da unikal meşə ekosistemlərinin qorunması, qlobal miqyasda ekoloji tarazlığın və davamlı inkişafın təmin edilməsi yalnız birgə səylər nəticəsində mümkündür.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərkosmosun keçirdiyi müsabiqənin qalibi müəyyənləşib

17-09-2019

Azərbaycanda Peyk Müşahidə Sistemi yaradılıb

03-01-2019

Azərkosmos Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb

04-09-2024

Dronlar meşə zolaqlarının salınmasında kömək edəcək

02-07-2016

Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

31-07-2021

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

16-05-2024

Aztelekom əməkdaşları Nabranda təmizlik aksiyası keçirib

11-06-2019

Azərkosmos” peyk istehsalına hazırlaşır

21-10-2025

Yaşıl göydələnlər havanı təmizləyəcək

16-02-2017

“İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsinə başlanılıb

17-11-2024

Sədr müavini: “Azərkosmos” 10 milyon dollarlıq biznes portfeli formalaşdırıb

21-10-2025

Portala 3 yeni e-xidmət inteqrasiya olundu

10-01-2018

“Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələri açıqlanıb

05-07-2019

Ekspert:görəsən FHN, yaxud da ETSN meşə yanğınları baş verən əraziləri real vaxtda izləyə bilirlərmi ?

19-08-2022

İKT sahəsində yeni açılmış iş yerlərinin statistikası açıqlanıb

14-08-2015

Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

19-07-2018

GoMap.az-a Gürcüstanın xəritəsi daxil edilib

16-04-2012

Elektron kənd təsərrüfatının yaradılması üçün beynəlxalq təcrübə öyrənilir

19-11-2015

“Təbii fəlakətlərlə mübarizə üçün kosmik texnologiyalar” sessiyası keçirilib

17-11-2024

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir

27-04-2026

ABB-nin iştirakı ilə 31 000-dən çox ağac əkilir!

29-04-2025

“Azərkosmos” və “Wyvern” arasında tərəfdaşlıq qurulub

10-10-2025

Çin dənizdən dörd "Tianqi" peykini buraxıb

16-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə