Previous Next
Bağla

“Azərkosmos”un mütəxəssisinin məqaləsi “Springer” nəşrində dərc edilib

23-07-2020 20:21
“Azərkosmos”un mütəxəssisinin məqaləsi “Springer” nəşrində dərc edilib

“Azərkosmos” ASC-nin Tədqiqat və İnkişaf Mərkəzinin direktoru Tərlan Məmmədzadənin “Azərbaycanda kosmik fəaliyyət və təhlükəsizlik strategiyası” adlı məqaləsi dünyaca nüfuzlu və beynəlxalq miqyasda elm elitasını bir araya toplayan “Springer” nəşrində dərc olunub.

Xeberler.az bildirir ki, məqalədə Azərbaycanın yüksək ayırdetməli məsafədən müşahidə peyki “Azersky”ın imkanları və onun Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasına dəstəyinə dair geniş məlumat işıqlandırılıb. Ən önəmlisi, məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının “Azersky” peyki vasitəsilə monitorinqinə dair tutarlı arqumentlərə söykənən faktlar öz əksini tapıb. Müxtəlif müqayisəli təhlillər və coğrafi informasiya sistemləri üzrə fərqli metodların tətbiqi əsasında hazırlanmış bu məqalədə Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyətlərin monitorinqi, xüsusilə də, işğal olunmuş ərazilərimizdə yeni salınan qeyri-qanuni yaşayış məntəqələri, infrastruktur obyektləri göstərilib, qanunsuz kənd təsərrüfatı fəaliyyəti, təbii ehtiyatların talan edilməsi, ətraf mühitə və təbii sərvətlərə vurulan ziyan peyk təsvirləri ilə sübut edilib.

Ölkəmizin diplomatiya sahəsində əldə etdiyi nailiyyətləri ilə yanaşı, bu məqalənin “Springer” nəşrində dərc olunması Azərbaycanın işğal edilmiş ərazilərində aparılan qanunsuz fəaliyyətlə bağlı qəti və prinsipial mövqeyinin dünya elm ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.

“Springer” nəşrində dərc olunan “Azərbaycanda kosmik fəaliyyət və təhlükəsizlik strategiyası" adlı məqalə ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: https://link.springer.com/referenceworkentry/10.1007%2F978-3-030-22786-9_139-1  

Qeyd edək ki, artıq 70 ildir ki, fəaliyyət göstərən və “impakt faktor”u yüksək olan “Springer” nəşriyyatı ABŞ-ın çox nüfuzlu elmi jurnallarını bir arayan toplayan, o cümlədən tibb, sosial, iqtisadiyyat, siyasət, psixologiya, məntiq, riyaziyyat kimi mövzular üzrə beynəlxalq akademik jurnal, məqalə, elmi araşdırmalar və kitabları nəşr edən qlobal platformadır.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabrından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 metr ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

“Azərkosmos”a səfər

11-10-2018

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018

“TRT World” kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

18-11-2020

Azərkosmos ASC-də qanvermə aksiyası keçirilib

22-11-2018

Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

01-10-2021

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

Afrikanın televiziya və radio kanalları “Azerspace-2” peykinin resurslarından istifadə edəcək

25-02-2021

“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

15-08-2020

Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

19-07-2018

“Azərkosmos” “Tier 4” sertifikatına layiq görülüb

02-11-2020

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

Parisdə Azərkosmos-un təqdimatı keçirilib

28-03-2019

Təhsil Nazirliyi Azərkosmos ilə birgə müsabiqə elan edir

21-12-2018

Azərkosmos ISNET təşkilatının mükafatına layiq görülüb

06-04-2022

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015

“Azərkosmos” “Teleport Uydu Hizmetleri” şirkəti ilə əməkdaşlığa başladı

02-12-2014

Azərkosmosun sədr müavini Dunay Bədirxanov gənc kosmik lider seçilib

29-04-2022

Tbilisidə Azerkosmos və Azersky-ın fəaliyyəti barədə məlumat verilib

14-11-2018

CanSat Azərbaycan 2018 müsabiqəsi başa çatıb

01-10-2018

Peykimizdən yayımlanan kanallar siyahısına yeni kanal daxil olub

29-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə