Previous Next
Bağla

“Aztelekom” “SAMENA Liderlər Sammiti”ndə təcrübəsini paylaşacaq

22-05-2025 10:18
“Aztelekom” “SAMENA Liderlər Sammiti”ndə təcrübəsini paylaşacaq

AZCON Holding şirkətlərindən olan “Aztelekom”un baş direktor vəzifəsini icra edən Həsən Ömərov 26 may tarixində BƏƏ-nin Dubay şəhərində keçiriləcək “SAMENA Liderlər Sammiti”ndə çıxış edəcək.

Xeberler.az məlumat verir ki, tədbir çərçivəsində SAMENA və Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasının (WBBA) birgə təşkilatçılığı ilə sabit şəbəkə sənayesinə həsr olunmuş yüksəksəviyyəli dairəvi masa görüşü də baş tutacaq.

H.Ömərov görüşdə çıxış edərək “Aztelekom”un həyata keçirdiyi infrastruktur layihələri, o cümlədən “Onlayn Azərbaycan” təşəbbüsü barədə iştirakçılara məlumat verəcək.

Qeyd edək ki, SAMENA Telekommunikasiya Şurası Hindistan yarımadası, Asiya, Yaxın Şərq və Şimali Afrika regionunda fəaliyyət göstərən ən böyük genişzolaqlı operator qruplarını təmsil edən, qlobal miqyasda təsirə malik regional təşkilatdır. Şura telekommunikasiya və rəqəmsal xidmətlər sektorunda siyasət, tənzimləmə və sənaye prioritetlərini uzlaşdırmaqla rəqəmsal transformasiyanın və dayanıqlı inkişafın həyata keçirilməsini dəstəkləyir.

Məlumat üçün bildirək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb

08-05-2025

“Aztelekom” daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb

30-05-2025

“Aztelekom”un dəstəyi ilə “GAMESUMMIT” keçiriləcək

26-05-2025

“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək

22-04-2025

“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçirilib

29-04-2025

"Aztelekom" yenidən təşkil edilir

25-04-2025

“Ookla” “Onlayn Azərbaycan” haqqında analitik məqalə yayımlayıb

14-05-2025

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

15-05-2025

Filip Kotlerin kitabında “Aztelekom” təcrübəsindən bəhs olunacaq

21-05-2025

“Aztelekom” beynəlxalq assosiasiyaya üzv olub

21-10-2025

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

17-03-2025

Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti artıb

10-03-2025

“Aztelekom” 2 beynəlxalq mükafata layiq görülüb

28-10-2025

“Aztelekom” 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

28-08-2025

Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb

17-06-2025

“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görülüb

04-03-2026

“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatıb

10-03-2025

“Aztelekom” “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb

06-03-2025

“Aztelekom” beynəlxalq tədbirdə təmsil olunub

10-03-2026

“Aztelekom” onlayn platformalar üzərindən 24000 sorğu emal edib

14-05-2024

Ötən ay Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

16-01-2026

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023

“Aztelekom” infrastruktur bazasını yeniləyir

03-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə