Previous Next
Bağla

“Coca-Cola İlə Fərq Yarat” inkubasiya və akselerasiya proqramına start verildi

11-03-2020 16:53
“Coca-Cola İlə Fərq Yarat” inkubasiya və akselerasiya proqramına start verildi

Mart ayının 10-dan etibarən Coca-Cola Azərbaycan və İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə “Coca-Cola İlə Fərq Yarat” inkubasiya və akselerasiya proqramı başlamışdır. Proqramın məqsədi ölkənin sərinləşdirici içki sənayesində istehlakçılar və müştərilərin ehtiyaclarını daha yaxşı təmin etmək üçün qlobal trendlərə uyğun müasir texnoloji həllər tapmaq və bunun üçün milli gənc kadrlardan yararlanmaqdır

Xeberler.az bildirir ki, aprel ayının 1-ə qədər proqramda iştirak etmək üçün fərdi müraciətlər əsasında komandalar müəyyənləşəcək. Müvafiq təlimlərdən sonra 1 aprel- 26 iyun tarixləri müddətində seçilmiş komandalar aşağıdakı 4 istiqamət üzrə 4 işlək biznes prototip üzərində çalışacaqlar. Bu proses akselerasiya və inkubasiya mütəxəssislərindən ibarət Sup VC şirkəti tərəfindən həyata keçirələcək.

Biznes protiplərin hazırlanması üçün nəzərdə tutulan istiqamətlər:

I.Alıcı: Satış kanallarında istehlakçılara yönəlik yeni həllərin hazırlanması, yeni nəsil istehlakçıların müxtəlif maraq dairələrinə aid layihələrin hazırlanması və bu istiqamətli innovativ məhsulların hazırlanması.

II.Son istehlakçı: Coca-Cola məhsulları/brendləri ilə son istehlakçılar arasında əlaqəni/bağlantını gücləndirəcək innovativ həll yolların tapılması, yeni loyallıq proqramlarının, AR, VR və ya mobil tətbiq proqramlarından istifadə etməklə son istehlakçı loyallığının artırılması.

III.Tullantısız dünya: Coca-Cola şirkətinin “tullantısız dünya” sosial strategiyasına uyğun olaraq plastik qablaşdırmanın toplanması və yenidən email üçün daha effektiv yolların tapılması və təqdim edilməsi.

IV.Digər: Şirkətinin əməliyyatlarında keyfiyyət, sürət və səmərəliliyin artırılmasını təmin edəcək hər hansı bir innovativ həll yolları.

Proqrama son müraciət tarixi 29 Mart, 2020. 30-31 Mart komandamız tərəfindən seçim prosesi, 1 Aprel-26 İyun İnkubasiya və Akselerasiya prosesi davam edəcək, 27 İyun 2020 tarixində isə Demo təqdimat ilə yekunlaşacaq. Nəticə olaraq proqrama qəbul olunan komandalar proqramın sonuna qədər işlək prototipin hazırlanmasına nail olmalıdırlar.

Qeydiyyat üçün sayta giriş: http://www.sup.vc/coca-cola/

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"INNOLAND" və "Nextstep”in birgə təşkilatçılığı ilə "Pre-inkubasiya" proqramı başlayır

09-06-2022

Bakıda yeni Biznes İnkubasiya Mərkəzi açılıb

22-10-2015

Coca-Cola yenidən ən bahalı brendlərin beşliyinə düşüb

15-10-2018

"INNOLAND" İnkubasiya proqramı elan edir

08-06-2020

Silikon Vadisi Akselerasiya proqramına qeydiyyat başladı

18-06-2020

Dünyanın ən qiymətli markaları

07-10-2011

İnkubasiya proqramı çərçivəsində Fintech Meetup keçiriləcək

16-09-2019

Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib

07-12-2018

INNOLAND-in rezidentləri beynəlxalq proqrama qəbul edilib

03-10-2019

INNOLAND, Next Step və SUP Akseleratoru arasında memorandum imzalanıb

10-01-2019

Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

01-04-2026

Şamaxıda Hackathon-a start verildi

11-02-2020

INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

14-12-2018

Azərbaycan startapları üçün daha bir imkan

27-01-2016

İnkubasiya proqramına seçilən startaplar INNOLAND-də fəaliyyətə başlayıblar

09-07-2019

Azərbaycanlı startapçılar Startap Çili proqramına qoşulub

17-08-2019

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

Növbəti Fintech Meetup Gəncədə baş tutacaq

04-10-2019

Azərbaycan və Türkiyə universitetləri arasında "Virtual Hackathon - 2020" müsabiqəsi baş tutacaq

01-05-2020

Gəncə Dövlət Universiteti və INNOLAND arasında memorandum imzalanıb

11-10-2019

Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

14-06-2016

Oyun studiyaları üçün ilk inkubasiya proqramına qeydiyyata start verilib

19-03-2025

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019

INNOLAND-də növbəti Demo Day təşkil olunub

21-01-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə