Süni intellektin yaratdığı ən yeni və ən mürəkkəb təhdid növünə də mütləq toxunmalıyıq. Bunlar “deepfake” adlandırılan dərin saxta məzmun və sintetik mediadır. Süni intellekt həlləri artıq elə realistik, tam funksionallı saxta audio, video və görüntü materialları yarada bilir ki, bunların yayılma sürəti müvafiq dövlət qurumlarının və ya faktyoxla mexanizmlərinin reaksiya vermə qabiliyyətini bəzən üstələyə bilir. Bu, sadəcə maraqlı bir texnoloji fenomen deyil. Bu fəaliyyətlər müasir hibrid təhdidlərin ən çevik və ən çətin izlənilən alətlərindən birinə çevrilib.
Xeberler.az məlumat verir ki, bunu iyulun 9-da Parlamentdə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.
O bildirib ki, “Deepfake” və süni intellektəsaslı dezinformasiya artıq ənənəvi kiberhücumlarla yanaşı, hibrid təhdid arsenalının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Onlardan həm ictimai etimadı sarsıtmaq, həm dövlət institutlarının nüfuzuna xələl gətirmək, həm də fərdləri, uşaqları aldatmaq və manipulyasiya etmək üçün istifadə oluna bilər. Bəlkə də, dezinformasiya və süni intellektlə bağlı riskləri ayrıca təhdid kateqoriyası kimi nəzərdən keçirmək olar. Fəaliyyət Planında nəzərdə tutulan, qadağan olunmuş məzmunun süni intellekt vasitəsilə avtomatik aşkarlanması sistemləri də, əslində, məhz bu yeni nəsil, təhdidlərə cavab vermək üçün nəzərdə tutulub.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları