Maliyyə Nazirliyi dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal yanaşmanın daha da genişləndirilməsi, şəffaflığın artırılması və vahid informasiya mühitinin inkişaf etdirilməsi istiqamətində islahatları davam etdirir. Bu məqsədlə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tərkib hissəsi olan “e-müqavilə” altsisteminin funksional imkanları daha da artırılıb.
Xeberler.az məlumat verir ki, sentyabrın 1-dən etibarən “e-müqavilə” altsistemində dövlət satınalmaları üzrə bağlanılmış müqavilələrin icrasını təsdiq edən “Təhvil-təslim aktının yaradılması” funksiyası istifadəyə verilib. Bu yeni funksionallıqla dövlət satınalmalarında satınalan və təchizatçı təşkilatlar arasında təhvil-təslim prosesinin bütün mərhələləri, o cümlədən təhvil-təslim aktlarının yaradılması, imzalanması və statusunun izlənilməsi rəqəmsal mühitdə daha çevik həyata keçiriləcək.
Yeni modulun tətbiqi kağız sənəd dövriyyəsinin azaldılmasına, proseslərin sürətləndirilməsinə, məlumat mübadiləsinin operativliyinin artırılmasına və müqavilələrin icrasına nəzarətin daha səmərəli təşkilinə imkan verəcək. Bununla da satınalma müqaviləsinin bağlanmasından icrasının rəsmiləşdirilməsinə qədər olan prosesin daha bir mühüm mərhələsi vahid rəqəmsal mühitə inteqrasiya olunub.
Qeyd edək ki, “e-müqavilə” altsistemi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir. Aprelin 10-dan istifadəyə verilən altsistemdə bu günədək ümumi dəyəri 2 milyard manatdan çox olan 5500-dən çox müqavilə elektron formada imzalanıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları