Previous Next
Bağla

“EBSCO” xidmətlərinin təqdimatı keçirildi

22-11-2014 15:23
“EBSCO” xidmətlərinin təqdimatı keçirildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzində (MKİRM) “Elektron Resursların İşlənməsi” (Electronic Resources Usage) mövzusunda “EBSCO” məlumat bazası xidmətlərinin təqdimatına həsr olunmuş  tədbir keçirilib.

MK-İRM-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova bildirib ki, tədbirin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarından olan nümayəndələrə “EBSCO” məlumat bazasının xidmətləri haqqında məlumat vermək və onların bazaya qoşulması imkanlarını müzakirə etməkdir.

ABŞ-ın nüfuzlu şirkətlərindən olan “EBSCO” məlumat xidmətlərinin MDB üzrə nümayəndəsi Reiko Raie “EBSCO”nun qısa tarixindən danışıb. Şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. EBSCO təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını oxuculara təqdim edir. Ümumilikdə EBSCO məlumat bazası 20-yə yaxın mövzunu özündə birləşdirir. EBSCO nəşrlərindən istifadə etmək üçün alim və ziyalıdan xarici dil bilgisi tələb olunur. Burada materiallar ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə təqdim edilir.

Daha sonra Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) respublika üzrə koordinatoru Cəmilə Yusifova konsorsiumun fəaliyyətindən və “EBSCO” ilə əməkdaşlığından danışıb. Bildirib ki, AMEA-nın bir neçə institutu konsorsium vasitəsiylə dünyada çox məşhur olan EBSCO məlumat bazasına qoşulub.

Cəmilə Yusifova onu da qeyd edib ki, istifadəçilərə “EBSCO”nun elektron nəşrlərindən sərbəst istifadə etmək və onları dünyada qlobal miqyas almış informasiya bazaları ilə tanış etmək üçün treninqlər təşkil olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron resurslarla bağlı EBSCO məlumat bazası təqdim edilib

09-02-2016

“Elektron Resursların İşlənməsi” mövzusunda tədbir keçiriləcək

19-11-2014

BDU-da “EBSCO-da süni intellekt” sistemindən istifadə imkanı yaradıb

17-04-2025

MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

29-10-2018

Mərkəzi Elmi Kitabxandan innovativ yenilik

19-01-2023

“Rəqəmsal əsrdə universitet kitabxanaları” adlı seminar keçirilib

12-06-2025

İT üzrə ən müasir terminlər toplanır və sistemləşdirilir

27-06-2016

İKT terminlərinin toplanması və sistemləşdirilməsi sürətlənib

09-07-2015

Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

22-05-2019

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016

İKT, Cəmiyyət və İnsanlar mövzusunda konfrans keçiriləcək

09-03-2019

E-cəmiyyət üzrə 18-ci beynəlxalq konfrans keçiriləcək

02-10-2019

Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

29-02-2016

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014

Kiberfiziki sistemlərin təhlükəsizliyində süni intellekt texnologiyalarının tətbiqinə dair tədqiqat aparılıb

04-09-2024

Azərbaycan aliminin məqaləsi “Soft Computing” jurnalında dərc olunub

17-03-2023

“Elektron elm” layihəsinin reallaşdırılması üçün tədbirlər görülür

19-02-2009

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

05-03-2020

ADİU-da elektron kitabxanın təqdimatı keçirilib

21-04-2015

MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

11-02-2019

Elektron Kitabxana və Elmi Tədqiqatlar Mərkəzlərinin açılışı oldu

04-12-2014

ScienceDirect  elmi-məlumat bazasının təqdimatı keçirilib

29-04-2025

“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

14-10-2015

Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

12-10-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə