Previous Next
Bağla

“Enterprise Azerbaijan”nın rəhbəri Azərbaycanın startap imkanlarından danışıb

22-08-2025 20:44
“Enterprise Azerbaijan”nın rəhbəri Azərbaycanın startap imkanlarından danışıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov Daşkənddə keçirilən, Azərbaycan–Özbəkistan əməkdaşlığının yeni perspektivlərinə həsr olunmuş dəyirmi masada ölkəmizi təmsil edib.

Xeberler.az bildirir ki, “Özbəkistan və Azərbaycan: müttəfiqliyin yeni perspektivləri və beynəlxalq əməkdaşlıq” mövzusunda təşkil olunan tədbirdə üç sessiya üzrə siyasi dialoq, regional və beynəlxalq məsələlərdə strateji əməkdaşlıq, iqtisadiyyat, enerji, nəqliyyat, elm, təhsil, mədəniyyət və turizm sahələrində qarşılıqlı fəaliyyət, həmçinin Orta Dəhlizin rolu və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. İsa Qasımov “Özbəkistan–Azərbaycan əməkdaşlığında investisiya və innovasiya perspektivləri” mövzusunda çıxış edərək iki ölkə arasında strateji tərəfdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan və Özbəkistan iqtisadiyyatları bir-birini tamamlayır və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi yan sənayelərin inkişafına mühüm töhfə verə bilər.

Çıxışda qeyd olunub ki, son beş ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi orta hesabla 27,7 faiz artıb, bu ilin ilk beş ayında isə göstərici üç dəfədən çox yüksələrək 200 milyon ABŞ dollarını keçib. Hazırda illik ticarət və investisiya hədəfi 1 milyard dollar müəyyən olunub, təxminən 300 birgə müəssisə fəaliyyət göstərir.

İsa Qasımov innovasiya ekosistemi sahəsində əməkdaşlıq imkanlarına da toxunub. O, “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən startap layihələri və beynəlxalq akselerasiya proqramları barədə məlumat verərək, bu layihələr çərçivəsində hazırda 126 startapın dəstəkləndiyini, ABŞ, Almaniya, Cənubi Koreya və Türkiyə kimi qabaqcıl ekosistemlərlə əməkdaşlıq edildiyini vurğulayıb.

Özbəkistanın İT Park fəaliyyətini yüksək qiymətləndirən portal rəhbəri gələcəkdə birgə vençur fondlarının, inkubasiya və akselerasiya proqramlarının yaradılmasının mümkünlüyünü qeyd edib. O, həmçinin İİTKM tərəfindən nəşr olunmuş “The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects” kitabını tədbir iştirakçılarına təqdim edib. Beynəlxalq dəyirmi masada hər iki ölkəni ümumilikdə 20-dən artıq dövlət qurumu təmsil edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Enterprise Azerbaijan"nın rəhbəri Özbəkistanda bir sıra görüşlər keçirib

25-08-2025

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025

“Startup School 3” çərçivəsində beynəlxalq təlimlərə start verilib

05-08-2025

Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

22-08-2023

"Enterprise Azerbaijan" və "Licorne Gulf Qatar" arasında Memorandum imzalanıb

17-09-2025

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025

Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ərəfəsində İİTKM-də ortaq fəaliyyət müzakirə olunub

03-10-2024

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025

“Enterprise Azerbaijan” beynəlxalq əməkdaşlıq görüşündə təmsil olunub

28-01-2026

AMEA-da “Startup School 3” layihəsi təqdim edilib

14-05-2025

EnterpriseAzerbaijan.com portalı beynəlxalq görüşdə təmsil olunub

01-07-2022

İİTKM-də yeni kadr təyinatları olub

20-02-2025

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025

“Startup School 3” layihəsinə 125 layihə seçilib

01-08-2025

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

21-04-2025

Bu qurumlar startaplara dəstək layihəsi icra edirlər

05-12-2022

Azexport.az portalının imkanları beynəlxalq tədbirdə təqdim olunub

17-06-2022

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021

“Enterprise Azerbaijan” “IDDA Awards 2025” müsabiqəsində iştirak edir

04-11-2025

İİTKM-in rəhbəri Creative Spark layihəsinin konfransında iştirak edib

04-09-2019

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır

12-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə